Bəzi erməni siyasətçilərin, politoloqların Kataloniya separatizmini Qarabağ erməniləri üzərində sınamaq istəyi təəssüf doğurur.
https://ru.armeniasputnik.am/20211106/katalontsam-mozhno-karabakhtsam-nelzya-35054521.html
Bəzi tarixi paralellər gətirək.
Bugünkü Kataloniyanın ilk sakinləri bugünkü Barselona və Mataro sahillərində məskunlaşan iberiyalılar idi.
Daha sonra, təxminən eramızdan əvvəl 600-cü ildə yunanlar Kataloniya sahillərində peyda oldular və öz yaşayış məskəni Emporionu, bugünkü Empuriesi yaratdılar.. Biz google axtarış sistemində tapıla bilən Kataloniyanın tarixi barədə məlumat verməyəcəyik.
Təkcə xatırladaq ki, sonuncu işğal müharibəsində Əl-Mənsurun başçılığı ilə mavrlar 985-ci ildə Barselonaya çatdılar. Lakin 988-ci ildə xaraba şəhər Frankların köməyi olmadan yenidən azad oldu və II Borrell öz mahalının müstəqilliyini elan etdi.
Bu il Kataloniyanın yaranmsı ili kimi qeyd olunur.
Demək olar ki, min illik tarixi olan Kataloniya İspaniyanın tərkibində muxtar statusa malikdir. 1871-ci ildən kataloniyalılar müstəqillik əldə etməyə dəfələrlə və uğursuz cəhdlər ediblər. Sonuncu dəfə 2017-ci il oktyabrın 1-də Kataloniya hökuməti və bələdiyyələri birtərəfli qaydada müstəqilliklə bağlı referendum keçirib, bundan əvvəl, 2017-ci ilin sentyabrında İspaniya Konstitusiya Məhkəməsi bunu qeyri-qanuni elan edib.
Ermənilərin Qarabağa kütləvi şəkildə gəlməsi 1828-ci ildən baş verir.
“1801-1813 və 1826-1828-ci illər rus-qacar (İran) müharibələri nəticəsində Şimali Azərbaycan əraziləri (on Azərbaycan xanlığı) Rusiyaya, Araz çayı Rusiya ilə İran arasında sərhədə çevrildi.
İrəvanın rus qoşunları tərəfindən işğalından sonra Rusiyadakı ermənilər öz bayraqları və idarəçiləri olan erməni vilayəti yaratmaq ideyaları ilə çıxış etməyə başladılar.
Erməni əsilli rus zabitləri, Kristofer Lazarev, Aleksandr Xudabaşev və Arqutinski-Dolqorukiy rus protektoratlığı altında muxtar erməni dövləti yaratmaq planı hazırladılar.
Lakin imperator I Nikolay (1825-1855) bu ideyanı rədd etdi və əvəzində rus məmurları tərəfindən idarə olunacaq, paytaxtı İrəvan olan bir erməni vilayətinin (indiki Ermənistan və Naxçıvan Muxtar Respublikası ərazisində) yaradılması planını təsdiq etdi.
Türkmənçay Sülh Müqaviləsi türklərin İrana, ermənilərin isə işğal olunmuş torpaqlara köçürülməni nəzərdə tuturdu.
Rus-Qacar və rus-türk müharibələri nəticəsində iki sülh, 1828-ci ildə Türkmənçay və 1829-cu ildə Adrianopol Sülh Müqavilələri imzalandı.
Məhz bu iki Müqavilə ermənilərin Cənubi Qafqaza köçürülməsi üçün hüquqi əsaslar yaratdı.
Erməni əhalisi köçürülməyə böyük ümid bəsləyirdi, buna görə də köçürmə könüllü idi və çox sürətlə getdi.
Qlinka “Aderbican ermənilərinin (ermənilər Cənubi Azərbaycandan köçdükləri üçün onları belə adlandırırdı – K.R.) Rusiya sərhədlərinə köçürülməsinin təsviri”ndə yazırdı:
“Polkovnik Lazarevin çağırışından ruhlanan ermənilər qeyrət və sevgi qanadlarında rus alaylarına sarı uçurdular və ən mühüm xidmətləri göstərdilər… Ermənilərin bir çoxu… rus əsgərlərinə qardaşcasına qucaq açaraq düşmənin hər bir hərəkətindən onlara xəbər verir, onlara bələdçilik edir və döyüş meydanında hərəkət edirdilər”.
“Təbriz, Marağa, Salmas xanlıqlarından, Xoydan, Urmiyadan köçürülən erməni ailələrinin əksəriyyəti İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazilərində məskunlaşdılar.”
(dic.academic.ru/dic.nsf/ruwiki/1325520)
Ümumilikdə 130 mindən çox erməni tarixi Azərbaycan torpaqlarına köçürülüb.
Ermənilər Qarabağa gəliş ilə əlaqədar “Marağa-150” abidəsi ucaltdılar.
Azərbaycanın Tərtər rayonunun Şıxarx kəndindəki “Marağa-150” abidəsi 1978-ci ildə İranın Marağa şəhərindən ilk 200 ailənin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən tikilib.
Sadə çay daşlarından ibarət abidənin üzərində ermənicə “Marağa 150” yazısı vardır. Hündürlüyü bir metr və üç metr olan abidə 1991-ci ildə ermənilər tərəfindən sökülüb. Bu abidə erməni mühacirlərinin Qarabağa gəlişinin başlanğıcını qoydu.
Üstəlik, bu ərazilərdə heç vaxt erməni əhalisinin böyük əksəriyyətinin yaşadığı heç bir inzibati ərazi olmayıb.
Bunu 1923-cü ildə Azərbaycanın Qarabağın dağlıq hissəsini işğal etdikdən sonra Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) yaradan kommunistlər tərəfindən icad edilib.
Bu o qədər mürtəce bir qərar idi ki, çəkinməsəydilər DQMV-ni Azərbaycan ərazisindəki anklavı Ermənistana verərdilər. Baxmayaraq ki, belə cəhdlər olub. Amma ayıq beyinlər başa düşürdü ki, bu, Qarabağ erməniləri üçün ölümdür.
Qarabağın dağlıq hissəsinin təqribən otuz il zorla təcrid olunması göstərdi ki, erməni ekspertlərinin fikrincə, Azərbaycanın tərkibində sovet dövrü ilə müqayisədə bu rayonun bütün iqtisadiyyatı 75 faiz çöküb. Xalq praktiki olaraq humanitar yardımlarla yaşayırdı.
Deməli, ermənilərin dağlıq bölgəni Azərbaycandan təcrid etmək üçün nə tarixi, nə siyasi, nə iqtisadi, ən əsası isə nə də qanuni haqqı var. Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamaq istəmədiyi etirazına isə sadəcə cavab vermək olar ki, onları heç kim saxlamır. Necə deyərlər: “Qapılar açıqdr, yaxşı yol!”
Ancaq ermənilər bu və ya digər ölkədə məşkunlaşıb yaşayaraq sonra müstəqil ölkəyə ayrılmaq perspektivi düşüncəsi ilə yaşaya bilər. Onlar hətta Amerika Ermənistanını yaratmaq arzusundadırlar.
https://ru.armeniasputnik.am/20200109/Eta-strannaya-Kaliforniya-vyydet-li-amerikanskaya-Armeniya-iz-SShA-i-pri-chem-tut-katalontsy-21659474.html
Bu, ABŞ-ın problemidir.
Sabah onlar Rusiyadan ayrılaraq erməni Kubanını yaratmaq proseduruna başlaya bilərlər.
Sadəcə başa düşmək lazımdır ki, axmaq, cəfəngiyat ideyalarla yaşamaqdansa, yaşadığınız torpaqlara qonaq kimi gəldiyinizi anlamalısınız.
“Vay o kəslərin halına pisi yaxşı, yaxşını şər adlandıran, qaranlığa işıq kimi, nura zülmət kimi ibadət edən, acını şirin, şirini acı sayanların!”
Yeşaya 5:20
https://zen.yandex.ru/media/id/5f47313694c86652b080ee19/armiane-v-karabahe–kataloncy-v-katalonii-6187be9dc493ee10489efe13
Kamran Rüstəmov – Pedaqoq və ictimai xadim, texnika elmləri doktoru, professor, əməkdar elm xadimi. İrəvan Türk Cumhuriyyəti MIllət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü
Tərcümə etdi: Rəsul Rəsulov İrəvan Türk Cumhuriyyəti, Millət Şurası üzvü