Hazırda həbsdə olan Azərbaycan Naxçıvan Muxtar Respublikasının keçmiş Daxili İşlər Naziri Əhməd Əhmədov cəmi iki il ərzində sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının satışından 4,5 milyon manat rüşvət alıb .
Daxil olan məlumata görə, Naxçıvan MR Daxili İşlər Nazirliyinin qeydiyyat, imtahan və şöbəsində 2015, 2016 və 2017-ci ilin altı ayı ərzində sürücülük vəsiqəsi alan 12.060 nəfərdən və texniki yoxlamadan keçən 20.773 nəfərdən Əhmədov üçün qeyri-rəsmi formada həftəlik 38 min manat toplanmışdır .
Daxili İşlər Nazirliyinin keçmiş rəisinin ümumilikdə bu yolla 4.560.000 manat rüşvət aldığı qeyd olunur.
Transqafqaz.com