Keçmiş prezidentlərin “həbsdəki” milyonları barədə qərar verildi

10/12/16 10:03

İsveçrə hökuməti Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və komandasının bank hesablarına qoyduğu həbsi daha bir il müddətinə uzadıb.

Bu barədə məlumat İsveçrə Federal Şurasının rəsmi saytında yayılıb.

Eyni zamanda keçmiş prezidentlər Hüsnü Mübarək (Misir) və Zin əl-Abidin ben Əliyə (Tunis) məxsus hesabların üzərinə qoyulmuş həbsin də müddəti uzadılıb. Bu hesablar 2011-ci ilin əvvəlində dondurulmuşdu.

Məlumata görə, Yanukoviçin hesabında 69,3, ben Əlinin hesabında 59,4, Mübarəkin hesabında isə 564,5 milyon dollar var.

Hər üç keçmiş prezidentin hesablarının 2017-ci ilin yanvarında həbsdən azad ediləcəyi ehtimal olunurdu.

Lakin indi məlum olur ki, 2018-ci ilin əvvəlində İsveçrə hökuməti yenidən qiymətləndirmə apararaq dondurulmuş hesabların sonrakı aqibəti barədə qərar verəcək.

Gültəkin