Kerman şəhərində partlayış nəticəsində ölənlərin sayı artıb

03/01/24 6:40

İranda Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında törədilən terror aktı nəticəsində ölənlərin sayı 73-ə çatıb, daha 170 nəfər yaralanıb.

İranda Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib.

İnsident İran İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ölümünün ildönümü münasibətilə keçirilən mərasim zamanı baş verib. Kirman şəhərində baş verən partlayışın səbəbi kimi iki partlayıcı maddə ilə dolu çantaların məsafədən idarə olunaraq partladılması göstərilir.

Nəzərinizə çatdıraq ki, 2020-ci il yanvarın 3-də Süleymani Amerika pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olub.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir