Kim Çen In ölkəni nüvəsizləşdirməyə hazır olduğunu bildirib..

28/02/19 9:52

Şimali Koreya lideri Kim Çen In KXDR-in nüvəsizləşdirilməsini həyata keçirməyə hazır olduğunu bildirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, o bunu ABŞ prezidenti Donald Trampla görüşdə deyib.

Mən hazır olmasaydım, burada olmazdım“, — deyə Kim Çen In bildirib.

Öz növbəsində, Tramp Kim Çen Inın bəyanatını “ən yaxşı cavab” adlandırıb.

İlahə Turan