Kim Çenin son 5 ildə neçə nəfəri edam etdirdiyi açıqlandı

30/12/16 8:27

Şimali Koreyanın qalmaqallı lideri Kim Çen İn hakimiyyətə gələndən (2011) bu yana 340 nəfərin edamına qərar verib.

Bu barədə məlumat yerli araşdırma mərkəzi «The Institute for National Security Strategy»nin bu gün açıqlanan hesabatında yer alıb.

Hesabata görə, edam edilənlərdən 140-ı hökumətdə yüksək vəzifə tutan şəxslər (dövlət məmurları, hərbçilər və hakim partiyanın üzvləri) olub.

Hakimiyyətdə olduğu son beş ildə Kim Çen müdafiə nazirini 5 dəfə dəyişib. Halbuki atası 17 illik hakimiyyəti dövründə müdafiə naziri postunda cəmi 3 dəfə dəyişiklik etmişdi.

CNN-in bildirir ki, Şimali Koreya hökuməti ölkədə nə qədər qapalı rejim yaratsa da, Kim Çenin qəddar qərarları barədə məlumatlar ictimailəşə bilir.

Hesabat müəllifləri bütün bunların fonunda Şimali Koreyadan qaçan vətəndaşların sayının getdikcə artığını qeyd edir. Məsələn, təkcə son 6 ayda ölkəni 814 nəfər tərk edib.

azadlıq.info