Kipr Türk lideri: “Azərbaycanın qələbəsi həm də bizim qələbəmizdir…”

07/11/21 12:58

Lefkoşada Azərbaycanın 44 günlük müharibədə qələbəsinin ildönümü şərəfinə ziyafət keçirilib

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Azərbaycanın 8 Noyabr Zəfər Bayramı şərəfinə ziyafət verilib. Qəbul Azərbaycan-ŞKTC Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub.

ŞKTC prezidenti Ersin Tatar tədbir iştirakçıları qarşısında çıxış edib.

Dövlət başçısı Azərbaycanı qardaş ölkə adlandırıb, 44 günlük Vətən Müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan rəhbərliyini və xalqını təbrik edib.

Dövlətimizin başçısı Azərbaycanın Kipr türklərinin mübarizəsinə verdiyi töhfəni yüksək qiymətləndirdi və azərbaycanlı qardaşların respublikada olmasından məmnunluğunu bildirdi.

“Qardaş Azərbaycanın qələbəsi bizim də qələbəmizdir. Türkiyə, Azərbaycan və KKTC-nin birgə mübarizəsi bütün türkdilli dünyaya güc verir”, – deyə Tatar bildirib.

Transqafqaz.com