Kiyevdə Krım Platforması ekspert şəbəkəsinin forumu açıldı

06/08/21 5:21

Ukraynanın Xarici İşlər Nazirinin müavini bildirib ki, tədbirin məqsədi Krımın ilhaqından yaranan vəziyyəti həll etməkdir

Kiyevdə Krım Platforması ekspert şəbəkəsinin təsisçi forumu işə başladı.

Forumun açılışında çıxış edən Ukrayna Xarici İşlər Nazirinin müavini Emine Cabbar qeyd edib ki, tədbirin məqsədi Krımın ilhaqından yaranan vəziyyəti həll etməkdir.

Onun sözlərinə görə, avqustun 23 -də keçiriləcək Krım Platforması sammitinə qatılan ölkələr tədbirdə müxtəlif səviyyələrdə – hökumət, parlament və ekspert kimi təmsil olunacaq. Cabbar, bir mütəxəssislər şəbəkəsi vasitəsi ilə, təbiətin qorunması, insan hüquqları, mədəni hüquqlar və hərbiləşdirmə kimi bir çox problemlərin təsirini anlamaq mümkün olacağını söylədi.

Diplomat qeyd edib ki, Krım platformasının əsas məqsədi Krımın işğaldan azad edilməsidir.

Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Anton Korineviç də Krımın azad edilməsi üçün vətəndaş cəmiyyəti ilə dövlətin birgə işinin əhəmiyyətinə diqqət çəkdi.

O, Krımın Azadlığı Strategiyasının və Krım Tatar Türkləri üçün yerli xalqın statusunu tanıyan qanunun qəbul edilməsinin əhəmiyyətini xatırladıb.

Korineviç “Krım Platforması”nın Krımın azad edilməsi üçün başlanğıc nöqtəsi olacağını vurğuladı.

Transqafqaz.com