Köçəryan Moskvaya dəvət edildi – Vahid Rusiya rəhbərliyi ilə görüşəcək

11/09/21 12:48

Robert Köçəryanın rəhbərlik etdiyi siyasi qüvvə Rusiyada hakim partiya ilə sıx əməkdaşlıq qurmaqda maraqlıdır.

Ermənistanın keçmiş eks-prezidenti Robert Köçəryan Vahid Rusiya Partiyasının rəhbərliyi ilə görüşmək üçün Moskvaya rəsmi dəvət alıb.

İkinci prezident aparatının koordinatoru Baqrat Mikoyan Sputnik Ermənistan-a bildirib ki, görüşlər “Hayastan” (Ermənistan) bloku ilə Rusiyadakı hakim partiya arasında tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır.

Mikoyanın sözlərinə görə, Köçəryan dəvəti qəbul etdi və gələn həftənin sonunda Rusiya paytaxtına getməyi planlaşdırır.

“Əminik ki, bu görüşlər həm iki siyasi birlik arasında konstruktiv dialoq baxımından, həm də Ermənistan-Rusiya münasibətlərinin inkişafı kontekstində böyük əhəmiyyət kəsb edir”,-ofisin əlaqələndiricisi qeyd edib.

Xatırladaq ki, Köçəryanın bloku Parlamentdə  29 deputatdan ibarət bir fraksiya ilə təmsil olunur.

Transqafqaz.com