Kollecləri bağlamaq yox, əksinə inkişafına nail olmaq lazımdır…

27/08/18 8:16

Düşünürəm ki,  xaraktercə permanent təhsil siyasəti, yəni təhsilin fasiləsizliyi, Kolleci bitirən məzunun ali məktəblərə imtahansız qəbul ola bilmələri doğru və millətə yönəli bir addımdır. Əksinə, məzunların daha çox dairəsinin yararlanması barədə düşünmək lazımdır. Yeniyetmə gənclərimiz “işığın üzünü palçıqlamamalı”, bu qərarı, onların təhsil almaları üçün daha çox manevr imkanları kimi dəyərləndirməlidirlər.  

Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə həm təhsil ekspertlərinin həm də tələbələrin , Kolleclərin taleyi, Kolleci yaxşı qiymətlərlər bitirən məzunların imtahansız ali təhsil müəsisələrində imtahansız təhsil almaq hüququn tanınması barədə müzakirələr aparılır. Əvvala bu müzakirələr ( bir istisna  Təhsil eksperti E. Əliyevin Moderator saytında müsahibəsi) səmərəsiz, məlumatsız, məzmuna uyğun olmayan savadsız qənaətlərlə doludur. Müzakirələrdə Kollec təhsilinin ləğv edilməsi, onun nə cəmiyyətə, nə də məzunlara heç nə vermədiyini, indiyə qədərki buraxılışların savadsız, müasir bazar münasibətlərində rəqabət qabiliyyətli olmaması əsas səsblər kimi göstərilir.

Bu müzakirələrin məndə yaratığı ilk təəssürat, qənaət ondan ibarət oldu ki, bu insanlara sanki tapşırıq verilib ki, Kolleclərin ləğv edilməsi fikrini ortaya atın görək  hər şeyə laqeyd olan bu yazıq Azərbaycan cəmiyyəti nə düşünür.

Əvvala biləsiniz ki, Kolleclər elə Azərbaycan təhsilinə oxşayır. Vaxrilə cəmiyyətdə hansı konyuktura hakim olubsa təhsilimiz də elə o cür olubdur. Vaxt vardı ancaq total rüşvət hakim idi. Bunu hamıda bilirdi. Hətta etiraz edəndə deyirdilər ki, “Köhnə bazara təzə mıx vurma” Prezident aparatından tutmuş Təhsil Nazirliyinə qədər müraciət edirdik ki, belə yaramaz bu təhsil deyil, rüşvətsiz bir kimsə qiymət ala bilmir?. Onda az qala dilimizi kəsələr ki, bu hələ danışır səsi niyə kəsilməyib. İndi demək olar ki, təhsil sistemində, o cümlədən  Kollec təhsilində rüşvət kəsilib, yenicə Kolleclər təyinatı üzrə fəaliyyətə başlayıblar ki, hərə bir yandan ortalığı qarışdırmağa başlayıb ki “ay aman bu Kolleclər niyə bağlanmır kimə lazımdır”, və.s. Məsələn Allahverdi Eminov adlı birisi ( azedu.az saytında)  adını da “qocaman ” təhsil eksperti qoyublar, hansıkı şüurlu ömrümdə təhsillə, müəllimliklə, baş yazarlıqla , mütailə ilə, məşğul olmuş biri kimi heç belə “Qocaman”təhsil ekspertinə rast gəlməmişəm. Cəmiyyətin daha çox  erotik romanlar ustası kimi tanıdığı “Yataq dərsləri”, “Seks Allahın əmridir” kimi yazıları ilə tanınan birsi Allahverdi Eminov vəhdən yeni bir əmr alıb və həmən də düşüb Kolleclərin üstünə ki ay havar bunlar qəti sürətdə və təcili bağlanmalıdır. Daha bir deyən yoxdur ki, ay “Qocaman ekspert” Kolleclərdə bu millətin balalarına indi nəsə öyrədirlər, indi normal ixtisaslar veriblər, rüşvətsiz təhsilə keçiblər, tələbnin əlində indi yazı-pozu var! Niyə qoymursuz millət bir addım da elmə doğru gedə?. Söz demək, təhsildə keyfiyyətə, müassir yenilikləri özündə ehtiva edən ixtisaslı savadlı müəllimlərin olmasına nail olmaq istəyirsənsə dediyiniz kimi “Qocaman ” ekspert kimi deyin ki, pis yaxşı orta məktəbdə diaqnostiq qiymətləndirmə ilə müəllimlərin maaşları qalxdı, Universitetlər də qalxdı, amma Kolleclərdə müəllimlər bu gündə ölkə üzrə ən aşağı maaş alır. Minumum əmək haqqından da aşağı, ütandığından evində də aldığı maaşın miqdarını deyə bilmirlər. Niyə bundan danışmırsınız? 140-220 manat civarında  maaş alan müəllimdən hansı keyfiyyətli mütəxəsis hazırlığından danışırsız?

Əvvəllər heç olmasa rüşvətdən “katyol” a yığılan puldan az çox ildə heç olmasa iki dəfə nəsə verirdilər, indi oda yoxdu, amma keyfiyyətli tədris istəyirsiniz?

Gənclərə isə bildirmək, istərdim ki, Bakı Dövlət Sosial İqtisadi Kollecdə elə qrup olub ki, 15 məzunun 11-i elə buraxılış ili ali məktəblərə çox yüksək ballarla qəbul olublar. Unutmayaq ki, kolleci seçən tələbələrin böyük əksəriyyəti çox yüksək ballarla universitetlərə yetəcək qədər bal toplayan, lakin ödənişli təhsilə imkanı çatmadığından kolleclərin pulsuz ixtisaslarını seçmək məcburiyyətində qalanlardır. Hətta 500-600 arası ballarla kollecərə tələbələr qəbul olur. Onlar universitetdə pulla oxuyanlardan çox- çox savadlı və çevikdirlər.  Əsas məsələ millətin övladlarının təhsilli olmasıdır. Kolleclər bağlanarsa minlərlə gəncimizin savadsız, təhsildən kənarda qalması kimlərə sərf edəcəkki?

Düşünürəm ki,  xaraktercə permanent təhsil siyasəti, yəni təhsilin fasiləsizliyi, Kolleci bitirən məzunun ali məktəblərə imtahansız qəbul ola bilmələri doğru və millətə yönəli bir addımdır. Əksinə, məzunların daha çox dairəsinin yararlanması barədə düşünmək lazımdır. Yeniyetmə gənclərimiz “işığın üzünü palçıqlamamalı”, bu qərarı, onların təhsil almaları üçün daha çox manevr imkanları kimi dəyərləndirməlidirlər.

Transqafqaz.com