Qələndər Muxtarlı: Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sosial-İqtisadi Kollecə təyin etdiyi sabiq direktor və onun himayədarları məsuliyyətə cəlb olunmalıdır…

07/09/25 10:23

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu günlərdə Kolleclərə yeni təyinatlar təqdim  edibldir. UNEC nəzdində Qida Sənaye Kollecinə də yeni direktor müavinini təyin olunub.

Amma Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bu cür təqdimatlarında diqqətimi bir neçə məqamlar vardır.

-Əcaba Agentliyin əməkdaşları Kollektivlərə bu cür təyinatları təqdim edəndə kollektivin, müəllmlərin iştiraknı niyə təmin etmirlər.? Bəyəm bu yeni təyinatlar 4-5 nəfər kollektiv üzvü ilə işləyəcəkər.? Məsələn Pedaqoji Şuranın bir toplantısını çağırıb namizədlərini orada təqdim etsələr daha sanballı və qanuni, olmazmı?

– Digər maraqlı bir məsələ odur ki, bu təqdimatlarda İqtisad Universitetinin rəhbərliyindən kimsə iştirak etmir?

-Əyər belədirsə onda Kollecləri real idarəçilik statuslarına uyğun olaraq təqdim etmək daha doğru olmazmı?

Məsələn:- Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nəzdində Qida Sənaye Kolleci, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi nəzdində Sosial İqtisadi Mailiyyə İqtisad Kolleci və.s. Ağlı başında olan adam xüsusən müəllim ən azı başa düşə bilir ki, bu gün Kolleclər universitetin “nəzdində” adından sözən başqa heç bir real məzmun kəsb etmir.

Bir təhsil müəssisəsinə rəhbər və ya müavin  təyinatı aparılırsa, bu yalnız 4-5 nəfərlik qapalı bir heyət qarşısında deyil, bütöv kollektivin, xüsusilə də Pedaqoji Şuranın iştirakı ilə baş tutmalı deyilmi?.Ona görəki, bu həm, hüquqi baxımdan şəffaflığı təmin edər, yeni təyinatın legitimliyini artırar, Kollektivə hörmətin göstəricisi olar,  həm də yeni rəhbərlə əməkdaşlığın daha sağlam başlanmasına zəmin yaradardı.

Təqdimatlar ictimaiyyətə açıq, heç olmasa Pedaqoji Şura çərçivəsində keçirilsə, suallar verilə, baxışlar açıqlana və ortaq məqsədlər müəyyən edilə bilər.

Yox əgər  “nəzdlində” həqiqətən də formal xarakter daşıyırsa onda açıq deyin ki, UNEC bu kolleclərin idarəçiliyindən uzaqlaşdırılıb. Əgər UNEC rəhbərliyi təyinatlardan xəbərsizdirsə niyə bu kolleclər Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “nəzdində” olmasın?

Ümumiyyətlə isə direktorlar niyə də seçki yolu ilə seçilməsin! Bir dəfə də Direktor seçkisini Kollektivin ixtiyarına verin və sınayın görün millət və dövlət üçün hansı daha əhəmiyyətlidir, xeyirlidir.

Faktiki reallıq isə bundan ibarətdir ki, haralardasa hazırlanmış “təhsil menecerləri”ni Elm və Təhsil Nazirliyi öz kadroları kimi kollektivlərə yerləşdirib talançılığa şərait yaradırlar. Real səlahiyyətləri əlində cəməşdirən Elm və Ali Təhsil üzrəDövlət Agentliyi də heç bir təcürbəsi olmayan birisini, Şəhriyar Laçınovu UNEC nəzdində Sosial İqtisadi Kollecinə direktor təyin etdirdi. Adam, “gənc menecer” bir il ərzində elə oyunlardan çıxdı ki, Eli və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyi ilə birlikdə öz kadorsunu işdən azad etmək məcburiyyətində qaldılar. Missiyası “Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməli” olan Agentlik  indi məsulliyyətinin olmadığı qənaətindəmi? Və Şəhriyar Laçınovun məsuliyyətə cəlb olunmadan müvəqqəti yayındıra bildiklərinimi sanırlar?. Amma insafən onu da deyim ki, bu Kadr da elə belə kadr deyildi. Adamın üçüncü iştah dişini   “(dens molaris tertius)u Agentlik necə itiləyib göndərmişdisə direktor təyin olunandan cəmi 13 gün sonra özünə kollecin büdcəsindən 5 min manata yaxın mukafat yazmışdı. İyul ayından bu minvalla davam edən İkili diplomlu, 3-cü “Yüksəliş” müsabiqəsinin finalçısı, 4-lü Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdirini, Pedaqoji Şuranın dekabr iclasında zorla saxlaya bildik.  Hər ay üçün 5000 manat mükafat yaza yaza dayanmadan gedirdi. Bu arada onu da deyim ki, onun mənimsədiyi pullar müəllimlərə aid puldur və onu geri ödənməlidir və müəllimlərə mukafat olaraq verilməlidir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi isə bu “Nəhəng” kadrının digər əməllərini ört-basdır etməli deyil, digər “əl işləri” də araşdırılmalı, onun Agentlikdəki himayədarı aşkar olunmalı, məsuliyyətləri müəyyən edilməlidir. Sosial İqtisad Kollecinin sabiq direktoru və onun himayədarları qanun qarşısında cavab verməlidirlər. Heç kəs düşünməsin ki Ş.Laçınovun əməlləri təkcə mətbuata açıqlanadı. Bu barədə Baş Prokurorluq Yanında Korrupsiya Qarşı mübarizə idarəsinə açıq müraciətimizdə daha geniş və əhatəli tanış olmaq imkanınız olacaqdır. Agentlik bu faktları aşkar edib qanunun yanında duran, vətəndaş mövqeyi göstərən müəllimlərə qarşı qisas təqib yolu tutmamalı idi. Agentliyin addımlarında bunlar açıq aydın görünür. Hətta kollecin bufetinə nəzarət uğurunda mübarizə aparmaq Agentlik işi deyildir. Azərbaycanda Elm və Təhsilin yerini yurdunu millət tapa bilmir bu barədə düşünməniz lazım.

Amma dünya tamam ayrı istiqamətdə təhsil siyasəti həyata keçirir. Dünya təhsil sahəsinin maliyyələşdirilməsində “şəffaflıq və effektivlik” prinsiplərini, özəl sektorun və ictimai qurumların “təhsildə iştirak mexanizmlərinin Konstitusion səviyyədə tanınması”, “Avtonom təhsil müəssisələri”– bürokratiyadan azad, hesabatlı və səmərəli idarəetmə modellərini təkmilləşdirir. Biz talamağı, gəlir yerlərinin formaları, onlara nəzarət uğurunda əməlli başlı qlobal savaş açırıq. Kollec müəlliminə verdiyiniz maaş onun başını aldatmaqdan başqa bir şey deyil. Kollecin xadiməsi ilə müəllimi 90 manat fərq ayırır. Az qala onu da verməmək üçün müəllimin başına min oynlar açılıbdır. Əsas odur ki məqsədlərinə çatıblar. Azərbaycan təhsilini də müəllimini də yerlə bir etmisiniz.

Ardı var …

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir