Komissarla medianın vəziyyəti müzakirə edilib…

11/07/19 12:25

İyulun 9-da Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının bir qrup təmsilçisi Azərbaycanda səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissiarı Dunya Miyatoviçlə görüşüb. Bu barədə Turan-a araşdırmaçı-jurnalist Xədicə İsmayıl bildirib.

Onun deməsinə görə, görüşdə Azərbaycanda medianın vəziyyəti əsas müzakirə obyekti olub: “Jurnalistlərin narkotik maddə ittihamı ilə həbslərindən tutmuş, hökumətin müstəil mediaya qarşı “trollar”dan istifadə etməsi, son vaxtlar media nümayəndələrinə qarşı dövlətə xəyanət ittihamlarının irəli sürülməsi, prezidentə məktub yazan şəxslərin məhkəmələrə çəkilməsi, saytların bloklanması, jurnalistlərin təxribatlarda ittiham olunmasına qədər geniş spektr müzakirə edilib”.

Öz növbəsində D.Miyatoviç bu məsələləri hökumət nümayəndələrilə görüşdə qaldıracağını söyləyib.

Görüşdə vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Ələsgər Məmmədli, Akif Qurban və İlkin Rüstəmzadə iştirak ediblər.

Toğrul Lətifzadə

Transqafqaz.com