“Korrupsioner hakimiyyətin növbəti anti-xalq qərarı”

29/11/16 7:46

AXCP sədri Əli Kərimli Tarif Şurasının təbii qaz və elektrik enerjisinin qiymətlərini bahalaşdırmaq qərarına münasibət bildirib. AXCP sədri feysbuk səhifəsində paylaşdığı yazıda bu qərarı anti-xalq adlandırıb.

“Korrupsioner hakimiyyətdən daha bir anti-xalq qərar. Bəzi istisnalarla, qazın qiymətini 100 faiz, elektrik enerjisinin qiymətini 57 faiz qaldırdılar. Hökumətlə hər şey aydındır. Onun üçün milyardları mənasız tüfeyli layihələrə xərcləmək, korrupsiya yolu ilə mənimsəmək daha vacib prioritetdir, nəinki xalqın həyat səviyyəsini yüksəltmək. Bəs biz özümüz necə, əziz həmvətənlər, hökumətin bu qədər məsuliyyətsiz olmasına, xalqı saymamasına görə məsuliyyət daşımırıqmı? Əgər “Monarxiyaya yox! Talana son!” tələbini hamılıqla müdafiə etsəydik, hökumət cəsarət edərdimi ki, qazın, elektrikin qiymətini qaldırıb, oradan topladığı pulla “Formula 1” keçirsin, Burkino Fasoya investisiya qoysun və bu qəbildən digər mənasız işlərə milyardlar xərcləsin?”, – deyə Ə.Kərimli yazıb.