Korrupsiya imkanı olmasa, hakimiyyəti neyləyirlər

05/12/16 9:23

AXCP sədri Əli Kərimli facebook səhifəsində neft sektorunda başverən korrupsiya faktına toxunub. Əli Kərimli yazır:

Sizcə, niyə görə Azərbaycan neftini çıxarmaq xarici şirkətlərə 1 barreli 6 dollara, SOCAR-a isə 16 dollara başa gəlir? Bəli, səbəb korrupsiyadır. Bəs hər il 1 milyard kubmetr qazı SOCAR-ın strukturlarında necə itirmək olar? 1 milyard kubmetr qaz əşya deyil ki, “əllərindən salıb” itirsinlər. Ölkə əhalisinin bir ildə istifadə etdiyi qazın üçdə birindən söhbət gedir.

Əlbəttə ki, səbəb yenə də korrupsiyadır. “Azərenerji”də də vəziyyət fərqli deyil. Bütövlükdə hakimiyyətin korrupsiyadan imtina etməsi real olmazdı. Korrupsiya imkanı olmasa, hakimiyyəti neyləyirlər? Ancaq xalqdan qorxsaydılar, SOCAR və “Azərenerji”yə tapşıra bilərdilər ki, bir az yavaşlasınlar. Ancaq hakimiyyət qaz və elektrikin qiymətini artırmaqla mafiyanın bədxərcliyini ödəməyi də xalqın üzərinə atdı. Çünki xalqla hesablaşmırlar.