Kosobokov – Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş.

26/09/21 11:26

Rusiya sülhməramlılarının cəmi bir neçə gün əvvəl Qarabağa təyinat almış komandanı Mixail Kosobokovun qəfil geri çağırılması diqqətə layiq hadisədir. Əslində, onun təyinatında sanki bir tərslik olduğu qənaəti yaranmışdı.

Rusiya və Azərbaycan arasında Qarabağdakı sülhməramlıların fəaliyyət ilə bağlı fikir ayrılıqları mövcuddur. Çünki sülhməramlılar öz səlahiyyətlərindən kənar işlərlə məşğuldurlar. Bakı bununla bağlı Moskvaya etirazını bildirib.

Etirazdan sonra Rusiya Müdafiə Nazirliyi hər gün açıqladığı xəritələrdə keçmiş DQMV-nin sərhədlərini yığışdırdı. Yəni Hadurt, Xocavənd və Şuşa üzərindəki xəritə oyunlarını dayandırdı. Xəritə Rusiya sülhmərmlıların məsuliyyət zonasına daxil olan əzariləri əhatə edir. Bunu Azərbaycan və Türkiyənin bölgədəki mövqeyinin güclənməsi və Rusiyanın reallıqla barışmağa başlaması kimi səciyyələndirmək olar.

Sentyabrın 17-də isə Rusiya Müdafiə Nazirliyi erməni tərəfinə istinadən, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşkəsin pozulması və nəticədə Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə xəbər yaydı. Azərbaycan Müdafiə Nazirliyi bu iddianı “təəssüf və təəccüb” ifadələri ilə təkzib etdi.

Haqqında bəhs olunan hadisə Azərbaycanın Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub.Bu yalan məlumat əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin reputasiyasına kölgə salan hadisə kimi də qəbul edilə bilər. Məlumata görə, general Qarabağa gələndə Laçın koridorunun genişləndirilməsi və razılaşdırılmamış yeni postların qurulmasına göstəriş veribmiş.

Təsadüfi deyil ki, həmsədrlər verdikləri son bəyanatda yalnız Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına töhfə verəcəklərini qeyd etdilər. Rusiya da Minsk qrupunun aktiv şəkildə Qarabağ məsəsləində rol almasında maraqlı deyil. Buna baxmayaraq, Moskva bu formatdan istənilən vaxt Azərbaycanın əleyihnə istifadə edə bilər. Təbii ki, baş verənlərin maraqlarımıza uyğun formalaşmsında Türkiyə-Azərbaycan tandeminin güclənməsi də öz müsbət rolunu oynayır.

Transqafqaz.com