Kreml Əsədlə bağlı izahat tələb etdi, Ankara cavab verdi

01/12/16 12:54

«Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istədiyi ilə bağlı bəyanatını hərfi mənada başa düşmək lazım deyil».

Bunu Türkiyə Prezident Administrasiyasındakı mənbə RİA Novosti-yə açıqlamasında deyib.
Mənbə onu da bildirib ki, rəsmi Ankara Rusiya ilə aralarında yaranmış bu anlaşmazlığın tezliklə aradan qalxacağına ümid edir.

Xatırladaq ki, Ərdoğan Türkiyənin Suriyadakı əməliyyatlarının başlıca məqsədinin Bəşər Əsədi devirmək olduğunu açıqlayıb.