Krımda qurulan “Rus Rejimi” Krım türklərinə anım tədbirini də qadağan edib…

21/05/17 12:41

“18 May 1944 Krım Türklərinin Deportasiya edilməsinin 73-ci ildönümüdür.

“Türk milləti Osmanlının itkiləri içərisində Balkan faciəsindən əvvəl ən böyük dərdi 1783 tarixində yaşıl ada adlandırılan Krımı itirərək yaşamışdır. Bu itki Osmanlı içərisində böyük nümayişlərə, etirazlara səbəb olmuşdu. Osmanlı dövləti nə qədər çalışsada Gəray yurdunu vətənə Osmanlıya təkrar qata bilmədi.
Bundan tam 73 il əvvəl, 1944-cü ildə 18 may gecəsi Krım Türkləri tarixi yurdları Krımdan qeyri-insani bir rəftarla ilə heyvan vaqonlarına doldurularaq Sibir və Türküstan çöllərinə sürgünə edildilər. Sovet rejimi tərəfindən sürgünə göndərilən 400 minə yaxın Krım Türkünün yarısı 22 gün müddətində xəstəlik və açından həyatlarını itirib şəhid olmuşdur.

1994-ci ildə Ukrayna, 18 May 1944-cü ili rəsmi matəm günü elan edib və hər il 30-40 min Krım Türkünün iştirakı ilə Ağmescidin mərkəzində  2014-cü ilə qədər anılıb.

Rusiya, 27 Fevral 2014-ci ildə Krımı faktiki olaraq təkrar işğal edərək Krımda yeni bir oyuncaq işğal tejimi qurub.İşğalçı Rusiyanın Krımda qurduğu oyuncaq rejim 18 May 1944-ci sürgünün, faciəsini “anım günü” kimi keçirməyi belə yasaqlayıb.

Transqafqaz.com

Könül Hacıyeva