KTMT hesab edir ki, Ermənistanla Azərbaycan arasında münaqişə yalnız sülh yolu ilə həll edilməlidir

16/11/21 9:57

16 noyabr 2021-ci il   saat 21:01

KTMT Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib.

KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinovun RİA Novosti-yə verdiyi məlumata görə, KTMT katibliyinə “Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı” Ermənistandan kömək üçün rəsmi müraciət daxil olmayıb.

“KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb. Biz hesab edirik ki, münaqişə yalnız sülh yolu ilə siyasi və diplomatik yolla həll edilməlidir”, – Zaynetdinov bildirib.

Transqafqaz.com