Kürdlərin Güney Azərbaycanda törətdikləri soyqırımından 38il ötdü,Sulduzda Şəhidlər ziyarət olundu

21/04/17 10:45
OğuzTV-nin verdiyi məlumata görə İran rejimləri tərəfindən durmadan Güney Azərbaycana köçürdülmüş ,İraq köçəri Kürd terrorçuları, siyasi partiya adı altında 1979 ci il İran adlanan ölkədə devrim durumundan istifadə edərək, hərbi bazaları qarət edib və ağır-yüngül silahlarla Sulduz (Nəğədə) şəhərində toplanmağa başladılar.

Onların hədəfi  iran rejiminin dəstəklərilə Güney Azərbaycanın qərb torpaqlarının içinə daha çox nufuz etmək,Güney Azərbaycan-Türkiyə sınırlarınıda yeni kürd düvarı hörmək, habelə xuliyavi böyük Kürdüstan üçün hazırlıq  işləmi olmuşdur.
31 Fərvərdin 1358-ci Günəş ili (20 Aprel 1979) Azərbaycanlıların silahsız olaraq saldırıya məruz qalması bir çoxlu itki nədəni olmuşdur.
Kürd terroristlərinin cinayətkarlığı inanılmaz soyqırım və faciyələrə nədən olmuşdur. Kürdlər uşaq-qadın-qoca demədən hamını öldürmüşlər və cənazələrini doğramışlar.
Yaxlaşıq 10 gün sürən saldırılara, Urmu şəhərinin genclərinin silahli ayaqlaması və Sulduza daxil olması səbəbilə son qoyulmuşdur. Artırmaq lazimdir ki Sulduz şəhəri ilə birlikdə ətraf kəndlər`də Kürd terrorismindən ağır xasar almışdır və çoxlu can itkisi olmuşdur. Bir həftədə 2 minə yaxın Türk öldürülüb və çoxlu yaralı və bədən xəsarəti alan türklər olmudur .
Fars hakimiyəti Sulduz qətliyaməna bilərək mudaxilə etməmiş və hətta hərbi bazaların Kürd siyasi partiyalarına təslim etmək üçün pərdə arxası anlaşmaları olmuşdur.

Günlər surən savaşda iran rejimi uzaqdan baxmış və hətta çoxlu sənədlərə görə fars rejimi kürdlərə yemək ,silah sursat belə vermişdir.
Məhz buna görədə şəhidlərin xatirəsinə və belə bir trajedinin unutulmaması üçün bu ,həftə Güney Azərbaycan`da Sulduz həftəsi adlanır .
Bugün Bu faciənin 38 ci ild dönümündə Sulduz Əhalisi Şəhidlər məzarini ziyarət dərək  onlara gül çiçiək sunulub.

Könül Hacıyeva