Leo Dokerti- Bəzi ölkələrin spekulyasiya etməsi əbəsdir

24/11/23 2:27

Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik və İnkişaf Ofisində dövlət katibinin parlamentlə əlaqələr üzrə müavini, Avropa və Şimali Amerika məsələləri üzrə dövlət naziri Leo Dokerti ilə APA-nın eksklüziv müsahibəsi.

“Əlbəttə, biz Cənubi Qafqazda sülhün olmasında çox maraqlıyıq. Bu həftə İrəvanda, Tbilisidə oldum, indi Bakıdayam. Biz bu prosesdə çox fəal iştirak edirik. Biz inanırıq ki, sülhü möhkəmləndirmək və bunu təmin edə biləcək istənilən mexanizmləri dəstəkləmək üçün aydın imkan var. Aydındır ki, bunda Avropa ölkələri və ABŞ-ın rolu var, eyni zamanda ən mühüm iki ölkə Azərbaycan və Ermənistandır. Böyük Britaniya ikitərəfli mübadilələri və sülhə doğru addımları dəstəkləmək üçün əlindən gələni edəcək. Bizim üçün aydındır ki, şəffaf, unikal imkan yaranıb və biz səmimi şəkildə ümid edirik ki, hər iki tərəf bundan yararlanacaq”, – Leo Dokerti bildirib.

Leo Dokerti qeyd edib ki, Böyük Britaniya Azərbaycanın güclü müttəfiqidir: “Təbii ki, biz Azərbaycanın güclü müttəfiqiyik, bizim Ermənistanla da çox güclü əlaqələrimiz var. Bu prosesdə bir çox başqa ölkələr kimi bizim də rolumuz var, amma hesab edirəm ki, ayrı-ayrı ölkələrin öz rolu haqqında spekulyasiya etməsi əbəsdir. Hər iki ölkəni əmin etmək faydalı olardı ki, biz onları dəstəkləmək üçün orada olacağıq və bu proses Azərbaycan və Ermənistanın güclü tərəflərini və seçimlərini rəhbər tutmalıdır. Bu, irəliyə doğru ən yaxşı yoldur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir