Türkiyə parlamenti respublikanın silahlı qüvvələrinin Liviyada olması üçün mandatı uzadıb.
Prezidentin fərmanına əsasən, Türkiyə hərbçiləri növbəti 24 ay ərzində Liviyada xidmət edə biləcəklər.
Liviyada bir neçə ildir ki, paralel olaraq iki icraedici orqan mövcuddur: Tripolidə Fayez əl-Sərracın Milli Razılıq Hökuməti (UMH) və şərqdə parlamentin və Liviya Milli Ordusunun (LNA) dəstəyini alan, başçısı Xəlifə Haftarın olduğu müvəqqəti qondarma kabinet. Komandir Xəlifə Haftar 2019-cu ilin aprelində ölkənin əsas şəhərinə LNA ilə hücuma başlayarkən, paytaxtın Nazirlər Kabineti öz nəzarəti altında olan bütün birləşmələri səfərbər edərək, Türkiyə ilə imzalanmış hərbi əməkdaşlıq memorandumu əsasında rəsmi şəkildə kömək istədi. Bundan sonra Ankaranın fəal dəstəyi ilə LNA-nın ələ keçirdiyi bəzi ərazilərə nəzarəti bərpa edə bildi.
Məmmədli Ömər