Transqafqaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Pentaqon rəhbəri Lloyd Ostin Cənubi Qafqazda 3 + 3 formatının yaradılması təklifinə münasibət bildirib.
“3 + 3 formatına gəldikdə, qeyd edərdim ki, Rusiya … yeni platformalar haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs müqaviləsinin şərtlərinə riayət etməli idi”, – Ostin Tbilisidə jurnalistin Gürcüstanın NATO-ya gedən yolda bu formatda iştirakının təsirindən sualına cavab olaraq bildirib.
Transqafqaz.com daha əvvəl yazdığı kimi, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov İranın Xarici İşlər Naziri Hüseyn Əbdüllahiyanla keçirdiyi mətbuat konfransında “3 + 3 formatı, üç Cənubi Qafqaz ölkəsi və üç böyük qonşu Rusiya, İran və Türkiyə”nin iştirakı ilə yaradılması təşəbbüsünün müzakirə edildiyini söyləmişdi
Transqafqaz.com