Lukaşenko yaxın saatlarda Bakıya gələcək

28/11/16 3:37

Belarus prezidentinin “yaxın saatlarda” Azərbaycana çatacağı gözlənilir, ölkənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən BBC Azərbaycancaya verilən məlumatda deyilir.

Məlumata görə, iki ölkə prezidentlərinin təkbətək görüşü bugün baş tutacaq və “görüşdən sonra mətbuata açıqlama veriləcək”.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri iki gün davam edəcək.