“Azərkitab” kitab mərkəzində Lütfiyar Nəsibovun “Göyçə mahalı II dünya savşında:həlak olanlar və itkin düşənlər” adlı kitabın təqdimatı keçirilidi.
Təqdimatı giriş sözü ilə müəllif açaraq kitab haqqında qısa məlumat verdi. Bildirdi ki, kitabda Göyçə mahalından II Dünya müharibəsində həlak olan, itkin düşən, müharibədən qayıtmayan təxminən 2377 həmyerlimiz haqqında arxiv materiallarından soyadı, adı, atasının adı, doğulduğu yer, səfərbər olduğu komisarlıq, hərbi rütubəsi, xidmət etdiyi hərbi hissələrin sayı, keçirdiyi döyüş yolu, təltif olduğu mükafatlar, şəhid olduğu, dəfn edildiyi yerlər haqqında məlumatlar və maraqlı sənədlərin fotoşəkilləri daxil edilmişdir. Məlumatların toplanılmasında qarşılaşdığı çətinlikrədən, keçmiş Sovet respublikaları və Avropadan II Dünya müharibəsində iştirak etmiş böyük dövlətlərinin arxivləri ilə yazışmalarından, müharıbə iştirakçısı olmuş yüksək rütubəli zabitlərin xatirələrindən topladığı materialların olduqca qiymətli, əvəzsiz olmasından danışdı. Gələcəkdə də bu materiallardan tək keçmiş Ermənistan SSR-dən döyüşlərdə iştirak edən həmyerlilərimizdən deyil, həm də Gürcüstan, Dərbənd, Azərbaycan və digər respublikalardan II Dünya savaşında iştirak edən azərbaycanlılar haqqında belə dəyərli kitabların yazılacağını da xüsus qeyd etdi.
Tədbiri AMEA Folklor İnstitutunun Xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamilə tapşırıldı. Əli müəllim kitabın çap olunmasından, II Dünya müharibəsində itkin düşən və həlak olan soydaşlarımız haqqında məlumat və materialların toplanılmasından, arxivlərlərdə uzun və yorucu işlərin aparılmasından danışdı. Kitabın redaktoru, tarixçi-etnoqraf, jurnalist İsmayıl Umudlu, tarixçi-tədqiqatçı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərli, şair-tədqiqatçı Niftalı Göyçəli, AMEA Tarix İnstitutunun əməkdaşı, Azərbaycan Respublikası Prezident kitabxanasının müdiri Nazim Mustafa, ADPU-nin aspirantura və doktorantura şöbəsinin müdiri professor İbrahim Bayramov, rəssam Əli Əliyev, tədqiqatçı-jurnalist Araz Yaquboğlu, Bakıxanov adına Tarix İnstitutunun doktorantı Şəfa Mövsümov, orta məktəb direktoru Nizami Novruzov, şair İmran Qasımov, şair-publisist, tədqiqatçı Məlahət İsmayılqızı, araşdırmaçı Əli Vəliyev və başqaları çıxış etdilər. Onlar Lütfiyar Nəsibovun yazdığı bu kitabın çox dəyərli bir kitab olmasından, II dünya müharibəsində tarixi Türk torpaqlarında yaradılmış keçmiş Ermənistan SSR adlandırılan ərazınin Göyçə mahalından müharibəyə gedən həlak olan və itkin düşənlər haqqında geniz məlumatın olmasından danışdılar. Qeyd etdilər ki, tarixin ən qanlı müharıbəsi olmuş bu savaşda göstərdikləri rəşadətə, igidliyə görə minlərlə GÖYÇƏLİ dügər millətlərlə birlikdə SSRİ-nin ən yüksək orden və medallarına layıq görülmüşlər. Ancaq erməni xisləti, erməni düşmənçiliyi həmyerlilərimizin II Dünya savaşında rolunu azaltmaq, xalqımızın rəşadətini, qəhrəmanlığını heçə endirmək kimi məkrli planını bu kitabda Lütfiyar müəllim bir daha üzə çıxarıb. Erməni mənbələrində Ermənistan SSRİ-dən azərbaycalıları II Dünya müharıbəsində iştirakı barədə heç bir məlumat yoxdur. Ancaq Ermənistan SSRİ-dən müharibəyə daha çox azərbaycanlının göndərilməsi faktları bu kitabda öz əksini tapıb. Onlar azərbaycanlıların yaşını süni surətdə azaldaraq yaşlıları da ermənilərin əvəzindən müharibəyə göndərirdilər. O dövrdə müharıbəyə 18-45 yaş arasındakı insanılar çağırılırdı. Hamı bu kitabın gələcək nəsillərə bir örnək olaraq gənclərin təlim-tərbiyəsində mühüm rol oynayaçağını qeyd etydilər. Digır bölgələr haqqında belə kitabların çap olumasının vacibliyini vurğuladılar.
Əli Vəliyev