“Məqsədimiz Ermənistan ərazisini işğal etmək deyil, istəsəydik edərdik”

06/12/23 6:48

Biz Azərbaycanın ərazi bütövlüyünün bəyannamələrlə deyil, imzalarla təsdiqini gözləyirik, Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra Vətənə Qayıdış” Forumunda deyib.

“Məqsədimiz Ermənistanın ərazisini işğal etmək deyil” deyən dövlət başçısı bəzən Azərbaycanın heç bir əsas olmadan bununla bağlı ittiham olunduğunu vurğulayıb. “Əgər biz bunu etmək istəsəydik, bunu edərdik. Mən bunu açıq deyirəm. Bu, Azərbaycan üçün heç bir baxımdan böyük problem deyil. Onlar bir günün içində Qarabağda silahı yerə qoydular, bayrağımız Xankəndində dalğalandı. Biz bunu etmək istəmirik. Bizim bunu etməməyimiz onu göstərir ki, mən bu məsələdə haqlıyam”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir