p.s Təbii k,i Rusiyanın sülhməramlı adı altında münaqişə bölgəsinə soxulmasını heç birimiz istəməsək də bu proses müasir dünyada yeni geosiyasi konfukurasiyanın yenidən düzənləndiyi bir vaxtda və Türkiyəmizin kürəsəl gücü qarşısında o qədər də qazandığımızı tarixi qələbəyə kölgə sala bilməz.
Azərbaycan sentyabrın 27-dən 30 ilə yaxın bir dönəmdə işğal altında saxlanılan Qarabağımızda başlatdığı savaşla dövlətimizin və qəhrəman millətimizin şərəfli adını dünyaca ucaltdı, məhşurlaşdırdı. Ordumuz düşmənə qarşı XXI əsrdə dünya super dövlətlərinin də heyrətlə izlədiyi bir savaş nümunəsi qoydu. Qəhrəman ordumuz bizi 220- ildən sonra sanki dünyaya yeni bir statusda “döyüşdə bərabəri olmayan” qalib millət kimi təqdim edə bildi.
Müharibənin ilk günündən torpaqlarımızın azad edilməsi üçün 28 il davamlı olaraq “savaş tələbi” duruşunda olan biri kimi Ali Baş Komandanımıza yazılı formada müraciət ünvanlayıb Ordumuzun, Millətimizin, Dövlətimizin və Ali Baş Komandanımızın yanında olduğumuzu bəyan etdik. Beləliklə bu savaşda:
-Əvvala Ermənistan dövlət olaraq bu savaşda yenildi. Müharibədə itirən tək dövlət, tərəf oldu. Ermənilər layiq olduqları aqibətlə qəhrəman ordumuz tərəfindən“mükafatlandırıldılar”.Ən böyük qəhrəmanlıqları vətən naminə edən igid əsgərlərimiz, itirilmiş ərazilərimizi silah gücünə azad etdi. Erməniləri haqq etdiyi duruma diz üstdə gətirildi, Şəhidlərimizin, millətimizin qisası alındı. Silahla davranmağı əlimizdən aldırıb iki yüz ildə “Biz döyüşə bilmirik” kimi düşmənlərimizin uydurduğu fikirləri alt-üst edib yalanladıq.
– ikincisi, sızan məlumatlara görə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan atəşkəsin yazılı və sözlü anlaşması mövcudur. Ermənistan baş naziri N.Paşinyanın ölkəsi daxilində və erməni lobbisinin təzyiqlərinin neytrallaşdırılması baxımından etdiyi xahiş nəzərə alınıb və Türkiyənin rolunu və statusunu bildirən maddələrdə Türkiyə Cümhuriyyəti ifadələri anlaşmaya salınmayıbdır.
– üçüncüsü, Qardaş Türkiyəmizlə birlikdə dünyanın basqısına duruş gətirib qələbəmizi təmin etdik. Cənubi Qafqazın söz sahiblərindən biri olaraq Türkiyəni və Azərbaycanı müzakirələrin fövqünə çıxara bildik.
-dördüncüsü, Atəşkəs bəyənatının 9-cu maddəsi, əsasən Azərbaycana və Türkiyə aid maddədir. Türkiyə, Naxçıvandan keçməklə – Zəngəzur üzərindən 5 km-lik yolla Azərbaycana, buradan da Cənubi Qafqaza və Türküstana gedişi təmin edən qara yolu almış oldu. Rusiya ilə Türkiyə arasında ticarət əlaqələri baxmından bu yolun mühüm əhəmiyyəti danılmazdır. Naxçıvanla Azərbaycanımızın digər əraziləri arasında bağ yaratmaq baxımdan da bu maddənin çox mühüm əhəmiyyəti vardır. Tarix, Rusiyanın Zəngəzuru hansı niyyətdən Ermənistana verdirdiyini çılpaqlığı ilə dünyanın gündəlik müzakirəsinə çıxardı. Azərbaycan “baza prinsipləri” olaraq istəklərinin hamısına çatdı. Üstəgəl Naxçıvandan koridor əldə etdi.
-beşincisi, Rusiya-Türkiyə strateji müttəfiqliyi müharibənin davam etdiyi 44 möhtəşəm və dramatik günlərdə o cümlədən yekun atəşkəs bəyənatda açıq-aydın göründü. Rusiya, onun əleyhinə olan və ABŞ prezidenti seçilən Baydenin basqıları qarşısında Türkiyə kimi bir müttəfiqini itirməklə duruş gətirə bilməyəcəyini çox yaxşı anladı və situasiyaya müvafiq addımlar atdı. Cənubi Qafqazın geosiyasi mühitinə Türkiyə-Rusiya müttəfiqliyini təqdim edilə bildi.
-altıncı, Dağlıq Qarabağın statusu barədə yazılı anlaşmada heç nə yoxdur. Bununla da Rusiya, Türkiyə və Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədirlərinin prosesdən kənarda saxladılar. Əslində ABŞ, o cümlədən Fransanın təmsil etdiyi Avropa birliyi Cənubi Qafqazda söz sahibi olmaqdan uzaqlaşdırılmış oldu. Rusiya Ermənistanın məğlub edilməsi ilə Qərb yönümlü Paşinyanı və onun hökümətini devrilməsini dəqiq hesablayıb və əyər gələcəkdə qurulan erməni höküməti Qərb yönümlü olacaqsa bu yenə də bizim xeyrimizə olan çox münbit, əlverişli geosiyasi mühitin yaranması deməkdir.
-yeddinci. Azərbaycan hərbi əməliyyatlar zamanı bölgədəki əsas strateji yüksəkliklərdə möhkəmləndi.Şuşa şəhərini işğaldan azad etməkləmünaqişənin sonraki siyasi mərhələsində də üstün mğvqeyini təmin etmiş oldu. 50 milyard dolarıq təzminat da bir yandan…
p.s Təbii k,i Traixdən çox yaxşı tanıdığımız Rusiyanın sülhməramlı adı altında münaqişə bölgəsinə soxulmasını heç birimiz istəməsək də bu proses müasir dünyada yeni geosiyasi konfukurasiyanın düzənləndiyi bir vaxtda və Türkiyəmizin kürəsəl gücü qarşısında qazandığımız tarixi qələbəyə kölgə sala bilməyəcək.