Mərkəzi Seçki Komisiyası Qələndər Muxtarlının və Yasəmən Qaraqoyunlunun şikayətinə faktiki olaraq baxmaqdan imtina etdi.

15/09/24 11:36

Mərkəzi Seçki Komisiyası Qələndər Muxtarlının və Yasəmən Qaraqoyunlunun şikayətinə baxmaqdan imtina etdi.

Görün necə ustalıqla?

“Biz işlərimizə ciddi yanaşırıq, bizim gözümüzdən tük də keçirmək olmaz”

Mən 97 saylı Tərtər-Ağdərə-Göranboy seçki dairəsində baş verən total saxtakarlıq faktlarından, dairə seçki komitəsinə, onun da qərarından, Mərkəzi Seçki Komitəsi adlı quruma təqdim etmişəm.

14.09.2024-cü il tarixində Mərkəzi Seçki Komisiyası adlı quruma dəvət edildim. Mənimlə birlikdə Yasəmən Qaraqoyunlu, Rəşad bəy də dəvət olunmuşdu. İlk olaraq mən bir zala dəvət olundum. Zala daxil olarkən MSK-nın üzvülərini, onun sədri Məzahir Pənahovu və bir xeyli KİV nümayəndələrini gördüm. Bir xanıma söz verilmidşi. Mənim namizəd olduğum 97 saylı dairədən danışırdı. Zorla eşidə bildim ki, güya mənim şikayətimdə təqdim etdiyim faktların müzakirə olunmasında iştirakdan imtina etmişəm. Ayağa durub etirazımı bildirdim ki, barı burda saxtakarlığı dayandırın.!

Nə edirsiniz?

Sizə kim deyir ki mən müzakirələrdən imtina etmişəm? Elədirsə onda bura niyə gəlmişəm? Şikayətimi bu qədər ardıcıllıqla niyə yazır, addım-addım təqib edirdim? Bir təhər M.Pənahovu və xanımı dayandırb izah etdim ki, belə bir hal olmayıb. Sadəcə İlqar adlı bir nəfər MSK adından mənə zəng edib ki, “geniş bir ərizə yazmısınız, aktlar, video materallar təqdim etmisiniz”, başqa bir əlavəniz yoxdur ki? Varsa sabah saat 10-00-da MSK-nın birinci mərtəbəsinə təqdim edin biz onu oradan götürəcəyik və sizin şikayətinizə də baxılacaqdır. Dedim ki, elə bir əlaavəm yoxdur, dairəyə aid olan bir neçə əlavə faktlar da seçicilər tərəfindən  video formatında paylaşılıbdır. Onları təqdim etmək istərdim. Amma sizə göndərdiyim faktarda yetərlidir. Əsas odur ki, siz mənim iştirakımı təmin edin və birlikdə təqdim etdiyim faktları araşdıraq.. İlqar adlı şəxs dedi ki əlbətdə Qələndər bəy mütləq. O, mənə iknci dəfə idi ki, +99412 563 61 83 şəhər nömrəsindən zəng edirdi. Lakin Məzahir Pənahov tez-tez mənim sözümü kəsib güya obyektivlik üçün həmin əməkdaşa bu şəkildə suallar verirdi?

Əməkdaşa deyir?

Siz Qələndər müəllimə zəng etmisinizmi?

Bəli.

Dönüb mənə əli ilə “Buyur deyir zəng etmişəm”

Zəng edibsə müzakirə bitir? Mən dəvət olunmamışam bu adam yalan deyir! Məzahir Pənahov: Bəs bunu müzakirə edirik də araşdıraq görək o nə deyir. ?: Çağırdınız?

Bəli.

Gördün?

Deyirəm Məzahir müəllim mən də deyirəm zəng edib, amma müzakirəyə dəvət edəcəyini deyib. Lakin sonra dəvət etməyib. Bu gün zəng edib MSK-ya  çağırıb gəlib bu mənzərəni görmüşəm. Siz nə deyirsiz? Mən deyirəm ki, mənim şikayətimə niyə mənim iştirakım olmadan, bura çıxarmısınız və mənlə müzakirə etmədən faktların əsassız olması barədə fikirlər söyləyirsiz? Mənim əsaslarım axı mənim iştirakımla baxılmalıdır?

Bu yoxdursa məni niyə bura dəvət etmisiniz? Nə Məzahir Pənahov nə də İlqar adlı əməkdaş əsaslı bir fakt ortaya qoya bilmədilər. Məlum oldu ki, mənim şikayətimə təqdim etdiyim video materallara iştirakımla baxmaqdan imtina etdilər. Yəni bu qədər saxtakarlıqların içində bizim nə təqdim etməyimizdən asılı olmayaraq onlara baxılmadan, “işi qapatdılar”. Ardınca Yasəmən xanımın da təqdim etdiyi, şikayətində göstərdiyi faktlara qiymət heç bir vermədilər. Yəni MSK-nın araşdırma funksiyası, vəzifəsi də ortadan qaldırıldı. Beləcə bu mərhələ də belə başa çatdı. Yəni ölkəmizin respublika qurluşu, onun artibutları, elementləri öz yekununa vardı. Ölkəmizin idarə olunmasında “seçki” səhifəsi qapadıldı.

P.S. 1. MSK-nın iclasında rastlaşdığım bu səhnə mənə qurama məhkəmələrdə saxta şahid üzləşməsini xatırlatdı. Saxta şahid üzə durdu, ədaləti olmayan hakim sifarişi yerini yetirdi və məsələ bitdi. Dünya xalqları seçki ilə böhrandan çıxır bizdə isə “seçkinin anasını ağlar” qoydular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir