Viktor Orban TDT-nin Şuşa şəhərində keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək
Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) iyulun 5-6-da Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.
Bu barədə baş nazirin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində məlumat verib.
O qeyd edib ki, sammit nəqliyyat və iqlim siyasəti sahələri vasitəsilə davamlı gələcək mövzusuna həsr olunacaq.
“Baş nazir Orban türk tərəfdaş dövlətlərinin liderləri ilə ikitərəfli danışıqlarda da iştirak edəcək”, – deyə o qeyd edib.