Orban: Macarıstanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil
“Bu gün biz münasibətlərimizi hərtərəfli strateji əməkdaşlıq səviyyəsinə qaldırmışıq. Bundan daha yüksək bir şey varmı, bilmirəm. Diplomatik dildə və dostluq və qardaşlıq baxımından bu, ən güclü razılaşmadır”, – deyə Macarıstan lideri bildirib.
Türkiyənin gələcək yüzillik layihələrinin əhəmiyyətindən danışan Orban belə davam edib: “Siz növbəti əsr üçün möhtəşəm bir layihə irəli sürdünüz. Növbəti əsr sizin olacaq. Biz buna inanırıq və buna uyğun müqavilələr bağlamışıq”.
Macarıstanın baş naziri vurğulayıb ki, Macarıstanın təhlükəsizliyi Türkiyəsiz təmin oluna bilməz.
Ömər Məmmədli