Manisa 1-ci Piyada Briqada Komandanlığında yeməkdən sonra zəhərlənmə diaqnozu ilə təxminən 80 əsgər, xəstəxanaya aparılıb.
Manisa 1-ci Piyada Briqada Komandanlığında şam yeməyinin ardından xəstələnən təxminən 80 əsgər, qida zəhərlənməsi şübhəsilə xəstəxanaya qaldırılıb. Briqada Komandanlığı içində də çadırlar qurulduğu və çoxsaylı hərbiçilərə tibbi müdaxilə edildiyi zəhərlənmədən dolayı əsgər sayının artmasından narahatlıq ifadə edilir. Manisa Valisi Mustafa Hakan Güvençerin də əsgərlərin qaldırıldığı xəstəxanaya gedərək məlumat aldığı bildirilir. Dünən axşam saatlarında da eyni hərbi birlikdə 69 əsgər qarın ağrısı və ürək bulanmasıdiaqnozu ilə Manisa Mərkəz Dövlət Xəstəxanası müalicə altına alınmışdır. Zəhərlənmənin səbəbləri barədə hər hansı açıqlama verilmir.
Könül Hacıyeva