Mayk Pompeo və Səudiyyə şahzadəsi Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edib

20/05/19 8:23

ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

Bu barədə “Al Arabiya”ya istinadən xəbər verir.

Bildirilir ki, tərəflər Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. ABŞ rəsmisi və Səudiyyə Ərəbistanının varis şahzadəsi həmçinin regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi mövzusu ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə neft kəmərlərinə hücum olub. Hücumdan sonra əsas kəmər vasitəsilə neftin nəqli dayandırılıb. 

Transqafqaz.com Toğrul Lətifzadə