Mehriban Vəzirdən möhtəşəm əsər – “Ağabəyim ağa Cavanşir”

30/11/16 2:50

Moderator.az xəbər verir ki, tanınmış yazıçı-publisist Mehriban Vəzir bu günlərdə yeni, maraqlı bir əsərlə yenidən oxucuların görüşünə gəlib. Mehriban Vəzirin qələmə aldığı “Ağabəyim ağa Cavanşir” bədii‐publisistik əsəri Qarabağın işğal tarixinə, eləcə də bu işğalın ən ağır fəsadlarını öz taleyində yaşamış Ağabəyim ağa Cavanşirə həsr edilib. Ağabəyim ağa Qarabağ hakimi İbrahim Xəlil xanın qızı, Fətəli şah Qacarın zövcəsidir.

Dövrünün yüksək təhsilli, mütərrəqi dövlət xadimi olan Ağabəyim ağa İranın iç və dış siyasətində söz sahibi idi. Ağabəyim ağa Qarabağın işğaldan azad edilməsi üçün bütün ömrü boyu çalışdı… Əsər, Ağabəyim ağanın siyasi, ədəbi fəaliyyətini ehtiva etməklə yanaşı, Rusiya‐İran savaşlarının meydanına çevrilmiş Qafqaz xanlıqlarının dövlət müstəqilliyini itirməsindən ‐ Qarabağın işğa‐lından bəhs edir.

Xatırladaq ki, kitab QHT Şurasının dəstəyi ilə nəşr edilib. Cəmi 200 nüsxədir. Pulsuz olaraq kitabxanalara, QHT-lərə, ictimai fəallara kitabsevərlərə paylanacaq.