Merkeldən sonra Almaniya: ölkədə parlament seçkiləri keçirilir

26/09/21 11:57

Kansler səlahiyyətlərini icra edən Angela Merkel, Bundestaqda son 16 ildə ilk dəfə namizədliyini irəli sürmür

Almaniyada Bundestaqa (federal məclis, parlament) seçkilər bu gün keçirilir. Almanlar ölkənin gələcəyini Merkelsiz təyin etməlidirlər.

Seçki məntəqələri yerli vaxtla 08: 00-da  açıldı və 18: 00-da  bağlanacaq.

31,2 milyon qadın və 29,2 milyon kişi olmaqla 60,4 milyon insanın səsvermə hüququna malikdir.

İlk dəfə olaraq 2,8 milyon alman səs hüquqlarından istifadə edəcək.

47 partiyanın nümayəndəsi olan 6211 namizəd federal məclisdə 709 yer uğrunda mübarizə aparacaq. Üstəlik, 100-dən çox namizəd türk mənşəlidir. Onlardan 20-nin Bundestaqa seçiləcəyi gözlənilir.

Transqafqaz.com