Milliyyətçilər, Başbuğ Alparslan Türkeşin anım tədbirində bir araya gəldilər…(Fotolar)

04/04/18 10:23

AZƏRBAYCAN TÜRKİYƏ,, BOZQURDLAR ƏL-ƏLƏ

XX ci yüzilliyin Türk-müsəlman dünyasına bəxş etdiyi, türkçülük və türançılıq, türk birliyi ideyalarını yaradan və inkişaf etdirən görkəmli fikir adamları, siyasi və dövlər xadimləri, Əlibəy Hüseynzadə, Ənvər paşa, Y.Akçura, M.Ə.Rəsulzadə, Z.Gökalp, Atatürk, Elçibəy eyni zamanda cağdaş türk siyasi tarixinin əfsanəvi lideri, Başbuğ Alparslan Türkeşdir. Onun vəfatının 21 ci ildönümü, anım tədbiri bu gün Sumqayıt şəhərində Azərbaycan Milliyyətçi Demokrat (Bozqurd) Partiyası və Türkiyə-Azərbaycan gənclərinin dostluq cəmiyyətinin iştirakı ilə qeyd edildi.

Tədbirdə Milliyyət Demokrat Pariyasının lideri, İstiqlalçı Millət Vəkili İsgəndər Həmidov, Azərbaycan Türkiyə Gənclərinin Dostluq cəmiyyətinin başqanı Hakan Seyhan, siyasi təşkilatların yerli şəhər şöbələrinin təmsilçiləri, və Partiya fəallarının iştirak edirdilər.

Başbuğ Alparslan Türkeşin həyat və siyasi fəaliyyəti barədə Qələndər Muxtarlının məruzəsi dinlənilib, İsggəndər Həmidov Alparslan Türkeşin Türk dünyası qarşısında olan böyük xidmətləri və Başbuğla bağlı xatirələrini bölüşüb.

Anım tədbir barədə geniş video və foto materal növbəti yazımızda təqdim ediləcəkdir.

davamı var.

Transqafqaz.com