MİT Süleymaniyyədə əməliyyat keçirib

15/11/23 3:48

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Süleymaniyyə bölgəsində keçirdiyi əməliyyat zamanı PKK liderlərindən biri Remzi Avcı zərərsizləşdirib.

“Çiya Amed” kod adlı yaraqlı PKK-nın Kərkük bölgəsindəki terror fəaliyyətlərinə cavabdeh olub və axtarışda olanların qırmızı kateqoriyasında olub.

Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Avcı 1992-ci ildə PKK terror təşkilatı sıralarına qoşularaq Suriya və İraqda terror fəaliyyətləri həyata keçirib.

Müəyyən edilib ki, silahlı şəxs Diyarbəkirdə terror aktının təşkilatçısı olub, Suriyanın Afrin və İraqın Sincar və Qara bölgələrində terror fəaliyyətləri həyata keçirib.

Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə terror aktı törətdiyi 1984-cü ildən bu yana minlərlə türk təhlükəsizlik qüvvələri, hərbçilər və mülki şəxslər bu qanlı təşkilatın əli ilə həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına əlavə edib.

Son illərdə PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz qollarına yükləməyə çalışır.

Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son iki ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar.

İranda PKK Kürdüstanın Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir