Molla yolsuzluğunu bitirən «Bir yol, bir kəmər»

26/09/21 11:48

Bu ilin may ayından Ermənistanla Iran arasında yol və digər ticari əlaqələr barədə intensiv görüşlər keçirilib. Üstəlik İran «Bir yol, bir kəmər» ideyasına alternativ olan öncə Çin, daha sonra Hindistan-İran-Ermənistan-Gürcüstan-Rusiya cənub — şimal dəhlizi ideyasını ortaya atmışdı.

İranın layihəsinə görə Pakistan, Türkiyə və Azərbaycandan yan keçməklə öz mıkrli siyasəti üçün Ermənistana 400 milyon dollar investisiya ayırdığını və bu molla «nəzirinin» 300 milyonunu Serj Sarkisyanın göylərə sovurduğu və ən son 100 milyonunun isə Nikol Paşinyan tərəfindən xərclənməsi üzə çıxıb.

Bu gün Azərbaycan ərazisindən keçməyən yol üçün Ermənistan tərəfi 1 milyard dolların lazım olmasını deməsi və AB — nin bu məqsədlə 500 milyon euro ayırmağa söz verməsi barədə yayılan informasiyalar mollalardan yenidən pul qoparmaq üçün dövrəyə atılmış ola bilər. Kommunikasiyaların açılması və nəqliyyat dəhlizləri ilə bağlı artıq aylardır ki, ermənilərin informasiya məkanında qızğın müzakirələr gedir.

Vahe Davtyan — Siyasi elmlər doktoru, Ermənistan Dövlət Universitetinin professoru, Enerji Təhlükəsizliyi İnstitutunun prezidenti, xüsusən İA Realist üçün yazdığı məqalədən bəzi məqamları diqqətinizə çatdırırıq: «Məlum olur ki, Ermənistan tərəfi kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı danışıqlar çərçivəsində yalnız öz subyektivliyini şübhə altına alan və əslində öz milli maraqları olan bir dövlət kimi deyil, Ankara və Bakının nəqliyyat inteqrasiyası üçün açıq bir ərazi statusunu daşıyan ölkə kimi Türkiyə-Azərbaycan tandeminin maraqlarına xidmət edir.

Ancaq paradoks budur ki, bütün bunlarla yanaşı, Ermənistanda hakim olan diletantlar qrupu, komunikasiyaların blokadadan çıxarılması nəticəsində ortaya çıxan yeni imkanlar haqqında seçicilərini nağıllarla uyutmağa davam edir. Aydındır ki, Ermənistan nəqliyyat və logistika sisteminin təhlükəsizlik səviyyəsinin artırılması və şaxələndirilməsi ilə bağlı narahatlıqlar ilk növbədə Vanadzor-Fioletovo dəmiryolunun tikintisi və dəmiryolu bərələrinin alınması kimi təşəbbüslərdə öz əksini tapmalıdır. Dəmir yolu tikintisi Vanadzor-Fioletovo, İcevan-Razdan-İrəvan xəttini Tbilisi-Ayrum-Gümrü-Masis xətti ilə birləşdirməyə imkan verər, yüklərin daşınma müddətini xeyli azaldar, həm də tarifləri aşağı salacaqdı. Dəmiryolu bərələrinə gəldikdə, 2018 -ci ildən başlayaraq İrəvana hər biri təxminən 2-3 milyon ABŞ dolları qiymətində Kerçdə yerləşən iki bərə almaq təklif edilirdi. İrəvan, təklif olunan bərələrin 1980 -ci illərdən etibarən istismar edildiyini və buna görə də onların saxlanmasının baha olacağını əsas gətirərək bundan imtina etdi.

Bu arqument, əlbəttə, başa düşülə bilər (baxmayaraq ki, bu xüsusi müzakirə mövzusudur). Ancaq aydındır ki, bunun ardınca təxminən 10 milyon ABŞ dollarına başa gələn yeni bir nəsil bərə əldə etmək üçün tədbirlər görülməli idi. Təbii ki, belə bir şeyin ardınca getmədi. Eyni zamanda, ən azı iki dəmiryolu bərəsinin (hər biri 40 vaqon) alınması Ermənistanın Gürcüstan limanlarında oyunçu olmasına imkan verəcəyi, belə əhəmiyyətli bir istiqamətdə Poti-Qafqaz-Poti istiqamətində sabit daşımaları təmin edəcəyi aydın görünürdü. Bunun əvəzinə, iki il ərzində səlahiyyətlilər, qeyri -rezidentlərə — gəmi sahiblərinə «uyğun bayraq» xidməti göstərmək üçün Ermənistanda «dəniz qanunvericiliyinin» formalaşmasının perspektivlərini müzakirə etdilər. Əlbəttə ki, əksər təşəbbüslər kimi, bu da yarımçıq qaldı (Daha ətraflı: https://realtribune.ru/news-world-5813).

Digər erməni mənbələrində də İran-Ermənistan arasında yolun inşasına dair müqavilə iki ölkə tərəfindən 2009 — cu ildə imzalanmışdır. Üç il sonra İrəvan BƏƏ-də yerləşən Rasia FZE Investment-ə 305 kilometrlik yolun tikintisi və istismarı üçün 50 illik güzəştlər vermişdi. 2013 -cü ilə qədər şirkət layihənin təxmini dəyərinin 3,5 milyard dollar olduğunu əks etdirən texniki -iqtisadi əsaslandırmanı tamamlamışdı. Lakin o vaxtlar Bakının fəal lobbiçiliyi bu layihənin həyata keçirilməsinə mane oldu.

Erməni mətbuatının yazdığına görə, 2016-cı ildə İran hökuməti ilə Çin, İran və Ermənistan arasında yeni bir dəmir yolu çəkmək üçün danışıqlar apardıqdan sonra Azərbaycan (qeyri-rəsmi olaraq) İrana verdiyi kreditləri donduracağı ilə hədələmişdi. Yanvar ayında Tehran Bakıdan İranın Rəştindən Azərbaycan sərhədinə qədər 205 kilometrlik bir dəmir yolu çəkmək üçün 500 milyon dollar kredit almışdı (Rəşt-Astara yolu kimi tanınır).

Daha sonra mart ayında İran, Türkiyə, Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri dördlüyü ilk görüşə toplaşdılar. Yəni Azərbaycan bu ideyanın reallaşdırılmasının qarşısını alıb. Hazırda tətbiq olunmuş embarqo və sanksiyalarda, həmçinin də çirkli pulların yuyulmasında illərcədir ki, həm işğal altında olan Qarabağda, həm də Ermənistanda «ciddi uğurlar» qazanmışdı və bu imkanlar bu gün bir-bir əldən çıxmaqdadır.

Xatırlayırsınızsa, “İşıqlı Ermənistan” parlament fraksiyasından olan deputat Armen Yegiazaryan, Milli Təhlükəsizlik Xidmətindən (MTX) onların, 2018-ci ildə 211 milyon dolların Azərbaycandan Ermənistana köçürülməsi ilə bağlı demişdi: «Bir neçə gün bundan əvvəl mən Dünya Bankının hesabatı ilə əlaqədar MTX-ya müraciət etmişdim və bildirmişdim ki, 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dollar köçürülüb. Bu gün mən MTX-dan cavab aldım, həmin cavabda faktiki olaraq onların bu məsələdə görəcəkləri heç bir işin olmadıgı bildirilir… Ən azından düşmən ölkədən Ermənistana əhəmiyyətli miqdarda pulun köçürülməsi faktına belə laqeyd münasibət qəribədir”.

Ümumiyyətlə, ABŞ sahksiyalarına məhəl qoymadan İranla Avrasiya İqtisadi Birliyinin (AAİB) dövlətləri arasında ticarət bu il 1,9 milyard dolları keçdi. 21 sentyabr 2021-ci il üçün İRNA -nın verdiyi məlumata görə, bunu İran Gömrük İdarəsinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Hüseyn Kaxaki təsdiqləyib. O qeyd edib ki, İrandan AAİB üzv ölkələrinə 420 milyon 823 min dollarlıq mal ixrac edilib.

«Bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 37% artıb». Kaxaki, əsas istiqamətlər üzrə Rusiya (222 milyon 743 min dollar), Ermənistan (99 milyon 683 min dollar), Qazaxıstan (63 milyon 677 min dollar), Qırğızıstan (26 milyon 981 min dollar) və Belarus (7 milyon 738 min dollar) olduğunu qeyd edib. O daha sonra bildirib ki, İran Birlik ölkələrindən 1.536 milyon 659 min dollarlıq məhsul idxal edib. Bu rəqəm də ötən ilin eyni dövrü ilə müqayisədə 59% artmışdır. 2021-ci ilin may ayında verilən məlumatlarda göstərilib ki, “İranla Ermənistan arasında ticarət dövriyyəsi 2020 -ci ildə 400 milyon dollar təşkil edib.

Əlbəttə ki, bu, bir çox ölkələr arasında ticarət səviyyəsinin əvvəlkindən aşağı düşdüyü COVID-19 pandemiyası kontekstində yüksək nəticədir. Artıq 2021 -ci ilin ilk aylarında böyüməni görə bilərik. Hər iki tərəfin iradəsi ticarətin səviyyəsinin 1 milyard dollara qaldırılmalı olduğunu söyləyir. Və bu nəticə olduqca realdır. Məhsul dövriyyəsinə görə hazırda Ermənistanın dördüncü ən böyük ticarət ortağı olan İran, gələcəkdə belə davam edərsə, daha sərfəli mövqedə olacaq» — deyə Məhəmməd Eslami bildirib.

İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafına töhfə verə biləcək bir neçə proqram təqdim edib. Birincisi, nazirin sözlərinə görə, bu, İranın inşaat sektorunda, xüsusən də infrastrukturun inkişafı layihələrində iştirakıdır ki, bu da öz növbəsində sənaye sektorunun inkişafına, müştərək müəssisələrin yaradılmasına və hər iki ölkədən investorların ortaq işlərə cəlb olunmasına kömək edə bilər.

Xəbər verdiyimiz kimi Xocalı yaxınlığında yerləşən Daşbulaq kəndində iranlılar qəsəbə salınmasında iştirak edirlər və bu qəsəbəyə yerləşdirilənlər isə Qarabağ əhalisi deyil, əslən Ermənistandan olan yezidilərdir. Həmçinin, bunlarla yanaşı İran tərəfinin Şimal-Cənub dəhlizinin cənub hissələrinin tikintisində iştirak etmək marağından bəhs edən nazir qeyd edib ki, tikinti sektorunda iki əsas məsələ var ki, bunlar da Ermənistan Respublikası hökumətinin gündəliyindədir. Layihələrdən biri də bir neçə mərhələdə həyata keçirilməli olan Artaşat-Mehri yolunun tikintisinə aiddir. Sisian-Qacaran-Mehri yolunun 92 kilometrlik hissəsi təcili və təxirə salınmaz həll tələb edir. İran şirkətləri bu layihələrdə iştirak etməyə hazırdır. İranın aparıcı şirkətlərindən ibarət konsorsium qurmalıyıq.

Bu şirkətlər layihələrin hazırlanmasında, maliyyələşdirilməsində və həyata keçirilməsində iştirak edəcəklər. İranın yollar və şəhərsalma nazirinin sözlərinə görə, Ermənistan -İran münasibətlərinin inkişafında əsas məsələlərdən biri Fars körfəzi — Qara dəniz beynəlxalq nəqliyyat dəhlizinin Ermənistan ərazisindən keçməli olan layihədir. Nazirin sözlərinə görə, bu artıq Ermənistan tərəfi ilə razılaşdırılıb. “Bu səfər zamanı, konstruktiv müzakirələr apardıq, buna görə Ermənistan-İran yük maşınları ölkə ərazisinə aşağı qiymətlərlə daxil ola bilər. Bu, tranzit daşımaları həyata keçirmək istəyən yükdaşıma şirkətlərini həvəsləndirəcək» — deyə fikir bildirib.

Erməni politoloqunun bu barədə fikirləri çox maraqlıdır. O, bildirib ki, Çin ümid edirdi ki, biz yolu tikəcəyik və “Bir kəmər – bir yol” – “İpək Yolu” analoqunun hissəsi olacağıq. Bu yol üçün ayrılan pullar banal olaraq oğurlanıb və ya büdcədəki keçmiş hakimiyyətdən qalan hansısa dəliklərin yamanmasına sərf olunub. Bu gün İran bir daha erməni Melkomun (Mülküm) tələsinə düşüb (Məlumat üçün bildirək ki, Mirzə Melkum xanın atası Akop (sonradan müsəlman kimliyi üçün Mirzə Yaqub adını götürür) Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində erməni ailəsində doğulub, onun İslamı qəbul etməsi ilə bağlı dəqiq məlumatlar yoxdur. Amma Qacar dövlətini Qərbə bir keçi qiymətinə satdığı bəllidir-red.).

Beləliklə, İran hesab edir ki, “Şimal-Cənub” avtomobil magistralı sayəsində Ermənistan tranzit ölkə ola bilər. Şimaldan o, Ermənistanı Gürcüstanla birləşdirəcək, Qara dəniz və Avropa ölkələrinə çıxışı təmin edəcək. Cənubdan avtomobil yolu ölkəni İranla birləşdirəcək.

Xatırladaq ki, yolun inşası 2012-ci ildən başlaylb, 2019-cu ildə istismara verilməsi planlaşdırılmışdı, amma hələlik cəmi 20 faizinə qədər tikilib. 2021-ci ildə Avropa İttifaqı magistralın ən mürəkkəb hissələrinin inşası üçün 600 milyon avro təqdim edəcəyini bildirib.

Bunun da sadəcə tamahkar mollaları yenidən tora salmaq üçün dövrəyə atıldığını bildirmişik. Bu gün Ermənistanı mövcud vəziyyətdən xilas edəcək tək dəhliz elə «Bir yol, bir kəmər» dəhlizidir. Çünki İran mollalarının Cənub -Şimal dəhlizi elə Ermənistanda dalana dirənəcəyini ermənilər yaxşı bilir. İranla Qərbin, Rusiya ilə Gürcüstanın münasibətləri gərgindir.

Üstəlik, İran embarqo və sanksiya altında inləyir. Bu gün hər iki «qardaşın-erməni-fars» alternativsiz olaraq bir yolları, elə «BİR YOL, BİR KƏMƏRDİR!»

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidməti