01.09.2018 12:26 Dünya:
Moskva sabiq Ermənistan Müdafiə naziri Mikael Harutyunyanın ekstradisiyası ilə bağlı İrəvandan rəsmi müraciət qəbul edib. Harutyunyan İrəvanda 2008-ci il 1 Mart hadisələrində təqsirli bilinərək MDB ölkələri arasında axtarışda olan şəxslər siyahısına daxildir.
Harutyunyan 2002-ci ildən bəri Rusiya şəxsiyyət vəsiqəsinə sahibdir. Rusiya konstitusiyasına görə onun şəxsləri ekstradisiya edilmir
Ermənistan Mart hadisələrinə görə cinayət işi açdıqda Harutyunyan bu işdə təqsirli bilinirdi, lakin o, ölkədə olmadığına görə axtarış elan edilmişdi.
Transqafqaz.com