Moskvada həkimə bıçaqla hücum edən Ovannisyan: “Onun azərbaycanlı olduğunu düşünürdüm” VİDEO

15/12/21 12:51

Dekabrın 13-də Moskvanın şimalında bir şəxs özəl klinikalardan birində diş həkimini bıçaqlayıb.

İlkin məlumata görə, 60 yaşlı Murad Hovhannisyan müəssisəyə daxil olaraq 40 yaşlı həkim Camal Odilovu yaralayıb. Ovannisyan polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

Sonradan məlum oldu ki, Murad Hovhannisyan 2006-cı ildə sovet yeniyetmə cinayətləri haqqında “Əclaflar” filmini buraxan “Paradise” prodüser mərkəzinin keçmiş baş direktoru olub. Bundan əlavə, Hovhannisyan müxtəlif mediada filmlər istehsal edən Paradise Video, Paradise Digital və Paradise Media şirkətlərinin sahibi idi.

“Azadlıq” radiosunun Özbək xidmətinin əməkdaşları hadisənin baş verdiyi klinikanın rəhbəri ilə danışıblar. Babur adlı şəxs bildirdi ki, Ovanisyan həqiqətən dişini 6 ay əvvəl onların klinikasında müalicə etdirib:

“Dekabrın 13-də Hovhannisyan vaxt təyin etmədən klinikaya gəlib. Daşkəndli zərərçəkmiş Camal Odilov çox ixtisaslı mütəxəssisdir. Həkim Camal dəhlizə çıxıb rentgen otağına daxil olmaq istəyəndə Oqanesyan çantadan bıçağı çıxarıb və Camalın böyründən bıçaqlayıb. Rəhmonberdi adlı digər əməkdaşımız Camalı xəstəxanaya aparıb və ona tibbi yardım göstərilib.

Cinayətkarın özü polisə məlumat verib.

“Gecə dindirilməsi zamanı müstəntiq Hovhannisyandan hücumun səbəblərini soruşdu və o, belə cavab verdi: “Mən onun azərbaycanlı olduğunu düşünürdüm”. Baxırsan, yəni adamı ancaq azərbaycanlıya oxşadığına görə bıçaqlayırlar”, – deyə klinikanın rəhbəri qəzəblə qeyd edir.