Bu günlərdə mağazalardan birinə kredit ödənişimi həyata keçirən zaman bir rəqəm yanlışlığı etdim və bilmədən başqa şəxsin adına ödəniş olundu. Əməliyyat “MPay” terminalı vasitəsi ilə edilmişdi. telefonla təşkilat yetkilisi ilə əlaqə saxlayıb vəziyyəti anlatdım. “MPay” ASC Direktoru M.Z. Vəliyevin adına ərizə ilə müraciət etməm gərəkildiyini bildirdilər. Ərizəmin yazılışına, bəzi hərflərin aydın oxunmamasına, ərizənin foto sürətinin bir az əyri düşməsinə və. s kimi bir türlü bəhanələrlə gün ərzində 10-15 dəfə geri təkrar düzəlişərdən sonra nəhayət ərizəni, ödəniş çekini, şv -in sürətini və.s istədiklərinin hamısını göndərəndən sonra ərizəmin qəbul edilib rəhbərliyə təqdim edəcəklərini bildirdilər. 20. iyul 2024-cü il tarixindən bu günə kimi 1075889 kodunda bir rəqəmdə etdiyim yanlışlığı (mən yanlış olaraq 1075589 yazmışıdm) 5 gündür düzəldə bilmirlər. Hər gün gecikməyə görə mənə həm zəng gəlir həm də faiz. Bir -üç iş günü ərzində gözləməm lazım gəldiyi söylənilir.(Müraciətiniz qeydə alındı. 1-3 iş günü ərzində icra olunub sizinlə əlaqə saxlanılacaq. Gözləməyiniz xahiş olunur.) Lakin 5 gün keçib amma və lakin bir rəqəmi provayder 5 gündur düzəldə bilmir.
Dəyərli oxucu sizcə döğrudanmı belə bir qayda var? və ya vətəndaşın, müştərinin bir yanlışlığı bu qədər süründürməçilik tətbiq edilməklə, başına oyun açmaqla müşahidə olunan bir “proses”ə çevrilməlidir.? Maraqlanmışam ki insanları davamlı olaraq belə bezdirilər və insanlar sonunu gözləmədən yanlış olaraq ödədikləri məbləğdən imtina edir və yenidən ödəniş etmək məcburiyyətində qalırlar. Əlbətdə ki mən bu oyunun sonunu bilmək üçün adiyyatı orqanlara da müraciət etmək fikirindəyəm. Bir anlıq düşünək ki, insan övladı yanlışlıq edə bilər və bu təbii bir haldır. Amma mənim düşdüyüm hala hər birimiz düşə bilərik və belə olduqda insanların hüquqları necə qorunur? Kimə müraciət edilməlidir.? Bu cür təşkilatlara qarşı hansı qanuni tədbirlər görülməlidir? Xüsusilə hüquqşunaslar belə məsələlərə aydınlıq gətirsələr daha yaxşı olardı.
Beləliklə “Mpay” ASC Direktoru M.Z. Vəliyevin millətə göstərdiyi “xidmət ” budursa onu araşdırmaq kimliyini və mahiyyətlərini örənib cəmiyyətə bildirmək də hər birimizin borcudur. Bu struktur barədə bir bilginiz varsa xahiş edirəm paylaşın.
davamı var….
Qələndər Muxtarlı
Transqafqaz.com saytının Təsisçisi və Baş redaktoru