Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında çıxış edərək, bildirib ki, 261 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib, 213 nəfərə imza vərəqəsi verilib. 9 nəfər isə imza vərəqəsini qaytarıb.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda 125 deputatlı bir palatalı parlamentə – Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Öz növbəmizdə biz də millətçi camiəni təmsil edən silahdaşlarımızın namizədliklərinin təsdiqini gözləyirik. Belə silahdaşlarımızdan Qələndər Muxtarlı, Əli Mustafayev, Əlgül Məmmədov, Mənsum Bayramov bu yöndə fəaliyyətlərini davam etdirirlər.