MSK 99 saylı Şəmkir Kənd Seçki Dairəsində, 27 saylı Sabunçu İkinci Seçki Dairəsində və 121 saylı Laçın Seçki Dairəsində 9 fevral növbədənkənar parlament seçkiləri zamanı pozuntularla bağlı şikayətləri baxılması üçün müvafiq dairə seçki komissiyalarına (DSK) göndərib.
Bu qərarlar MSK-nın bugünki iclasında qəbul edilib.
Elə bu gün MSK 40 saylı Kəpəz Seçki Dairəsinin (Gəncə) 8 saylı seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız hesab edib. Bu qərar dairə üzrə seçkilərin ümumi nəticəsinə təsir etmir. Turan.
Transqafqaz.com
Toğrul Lətifoğlu