Müəllim həqiqəti çox zaman demir…

22/04/19 12:47

Qədim dünyanın məhşur filosofu Sokrat deyərdi ki, “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.” Sokratdan ilhamlandılar bizim məmurlar, bu illər ərzində müəllim əməyini qiymətləndirə bilmədilər.
Bu günlərdə sosial şəbəkədə Avropada təqaüd yaşına çatmış bir müəllimn, məktəblilər və işlədiyi kollektiv tərəfindən necə yola salındığı barədə olan mənzərə olduqca təsirli idi. Əvvala müəllim, çox sadə geyimdə, hətta köynəyi kurtkasının altından çıxan, heybəsi belində rahat, sakit , aramla arın-arxayın kolidorla gedir,əlini yelləyərək kollektivilə xüdafisləşirdi. Kollektivi də onun gedişini sözün yaxşı mənasında bayram ovqatında, xoş gün kimi qeyd edirdi. Mən o adamı “ömrünü hədər yaşamayan biri kimi” gördüm. Heç olmasa bir elin, obanın, yurdun, şəhərin içərisində daim hörmətlə qarşılanan biriydi. Vaxtilə kəndimizdə müəllimlərin mütləq əksəriyyəti bu statusda idi. Onlar hətta toyda olanda biz o həndəvərə dolşmırdıq. Baxmayaraq o toy bizim həyətimizdə ,öz toyumuz olsa belə.
İndi necədi?
O, dəyər müəllimlərə indi niyə verilmir ? ,və ya müəllim niyə bu gündədir?
Əvvala maaşla bağlı bir məqamı deyməsəm olmaz. 13 ildir ki, bir Kollecdə müəllim işləyirəm, amma heç vaxt istəməmişəm ki, tələbələr mənim maaşımı soruşsunlar. Dəfələrlə belə hallar olub ki “Müəllim, filan müəllim deyir 140 manat maaş alır ” düzdür?
Brus Li – nin, “Müəllim həqiqəti heç zaman deməməli, hər bir, şagirdin, tələbənin özü üçün tapmalı olduğu həqiqətə bələdçi, yolgöstərən olmalıdır” deyiminə bükülüb, deyirdim ki, yəqin saathesabı işləyir. Bəs siz nə qədər maaş alırsız müəllim? O, müəllimdən çox alıram deyərdim. Amma əslində mənə 137 manat maaş verirdilər. İndi də Kollec müəllimləri orta məktəb müəllimindən ən azı 250 manat az maaş alırlar. Amma səslərini çıxarmazlar. Nazirlik də bunu bilir, kadrlarına bələd olduğundan fürsətdən yararlanıb zamanı neçə ki var uzadır. Deyir niyə artırım ki, müti bir təbəqədir, bu halı ilə barışırsa mən niyə bu vəziyyətdən sona qədər yararlanmayıb, ağalarıma yaxşı görünməyim. Dünyada yeganə Nazir bizim nazirdi ki, Kollec müəlliminə ən aşağı maaş verir. Hal-hazırda Kollec müəllimlərinin 60 faizindən çoxunun maaşı 200 manat civarındadır.
Baxmayaraq ki, qədim dünyanın məhşur filosofu Sokrat deyərdi ki, “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.” Sokratdan ilhamlandılar bizim məmurlar, bu illər ərzində müəllim əməyini qiymətləndirə bilmədilər.
Mən illərlə 137 manat maaş alanda ( indi yox ha)) direktorumuzun illik gəliri 1 milyon 500000-ə minə qədər idı. Müəllimlərin də onun rahat pul yığması üçün bir qismi kollecin çölündə, bir hissəsi də Kollecin içində növbə çəkir, prosesin təhlükəsizliyini üçün səfərbər olunurdular. O vaxtlar yəni 1993-2015-cü illər arasında işə müəllim götürüləndə də əsas onun savadı, perdaqoji üstalığı deyil , onun rüşvətə söykənən sistemin prinsiplərinə yararlığı əsas götürülürdü.
İndi bu insanların çoxluq təşkil etdiyi mühitdə Milli Təhsil Strategiyasının əsas hədəflərindən, keyfiyyətli təhsildən hardan yuxarı danışdığımızı özünüz müəyyən edin.
Müasir Azərbaycan müəllimində əsas administrativ tələb isə aşağdakılardır.
– Müəllimin dərsi var ya yoxdu, müəllim elmi işlə, yaradıçılıqla məşğul olur ya olmur dəxli yoxdur, məktəbdə olmalıdır. Xüsusən də indiki narahat sosial-siyasi şəraitdə
– Müəllimlər seçki saxtakarlığında əsas aparıcı qüvvə rolunda çıxış etməlidir, karusel əməliyyətlarına 10 başı, 100 başı, rəhbər işçilər də fəxri 1000 başı-lar olmalıdır.
– Müəllimlər qara kastyum, qalstuq taxmalı, xanım müəllimələr isə ağ kofta əlqərəz stüardessalar kimi geyməlidirlər, bağışlayın ağ rubaşqanı unutdum.
– Müəllimlər növbətçi durmalıdırlar, ona aid olmayan əvəzi ödənilməyən işə cəlb edilməlidir. Növbətçilik nədən olmalıdır ki? Müəllim diplom alıb ki, gəlib ayda bir neçə dəfə onun şəxsiyyətinə, müəllim adına layiq olmayan bir iş görsün, kolidorda dimdik dursun ki, nizam intizam güya yerində olacaq? Heç dəxli var? Tələbə dərsdə müəllim də sinifdə olmalıdır. Hansı qanunda yazılıb ki, Müəllim növbətçi olub növbə çəkməlidir?. Bəli Sovet dövründə müəllimi pambığa aparardılar, əlavə öhdəliklər, növbətçilik və sair etdirərdilər. Pambığa getməyibxəstə balasına dərman almaq üçün aptekə gedən Azərbaycan qadınının başını qıxdırıb, inzibati cəza verdirən Katiblərdə mənim yaxşı yadımdadı. Yarım əsr geçsədə bəzi yerlərdə o illərin eybəcər elementlərini hələdə həvəslə yaşadanlar var.
Gəl ləyaqətli vətəndaş ol və ya yeni nəsil yetişdir görüm necə yetişdirirsən.
İndi Avropada 5-6 min evro maaş alan, ləyaqətlə yaşayıb, biliyi, tələbələrində yaratdığı savad, vətənsevərlik, ədalət və.s duyğularla millətinin övladlarının sabahına işıq salan bir ömrü yaşaması qürurunu yaşayaraq hamının yanından məğrur keçə bilirdi, əlbətdə…

Qələndər Muxtarlı