MÜHARİBƏDƏN SONRAKI DÖVRDƏ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA İDEOLOJİ, İNFORMASİYA QARŞIDURMASI. ZƏNGƏZUR DƏHLİZİ: REALLIQLAR, PERSPEKTİVLƏR.

12/03/21 8:39

Alı Balayev; BAO-nun Siyasi Analitik Mərkəzinin Sədri

44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa catması Cənubi Qafqazda yeni geo-strateji vəziyyətin yaranmasına səbəb oldu. 1. Ermənistan Respublikasının hərbi müttəfiqi olan Rusiya Federasiyası 2014-cü ildə Krımı, Donbası işğal etdiyinə görə ABŞ-ın yeni secilmiş prezidenti D.Bayden və Avropa qitəsində yerləşən müttəfiqlər sanksiyaların daha kəskin olmasını tələb etdilər.(Şimal Axını-2) 2. 2018-ci ildə Paşinyanın rəhbərliyi ilə hakimiyyətə gələn qərbyönümlü qüvvələr Rusiyayönümlü “qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırması nəticəsində Rusiya-Ermənistan arasında gərginliyin yaranmasına səbəb oldu. Lakin 44 günlük müharibədə bu gərginlik arxa plana kecdi. Rusiya Ermənistana silah-sursatla təmin etdi. İmkan olmayanda İran ərazisindəndə hərbi yüklər daşınırdı. Ermənistanın konstruktiv danışıqlardan qaçması, 12-14 iyul 2020-ci il Tovuz istiqamətindəki təxribatlar və bundan sonrakı hadisələr Azərbaycan Respublikasının daha sərt addımlar atmasına səbəb oldu. BMT-nin 4 qətnaməsi(822-30 aprel 1993-cü il, 853-29 iyul 1993-cü il, 874-14 oktyabr 1993-cü il, 884-cü il 12 noyabr 1993-cü il) və BMT nizamnaməsinin 51-ci maddəsininə(özünü müdafiə etmə hüququ) əsaslanaraq Azərbaycan əks-hücumla öz ərazi bütövlüyünü təmin etdi. Son 10 ildə Türkiyə Cumhuriyyətinin siyasi, iqtisadi və hərbi cəhətdən inkişafı, Yaxın Şərqdə söz sahibi olması, Rusiya Federasiyası ilə münasibətlərin normallaşması qardaş dövlətin Cənubi Qafqazda mövqelərini möhkəmləndirdi. 10 noyabr 2020-ci il üc tərəfli Bəyannamə nəticəsində yeni geo-siyasi və geo-iqtisadi vəziyyət yarandı. 1. 200 illik “Böyük Ermənistan” ideyasına ağır zərbə vuruldu. Azərbaycan torpaqlarının ilhaqı aradan qaldırıldı. Erməni faşizmi və terror ideologiyasına böyük zərbə endirildi. 2. Azərbaycan hərbi uğurlarını diplomatik, ideoloji, informasiya və siyasi yollarla əsaslandırdı. 3.Emənistan cəmiyyəti böhran vəziyyətə düşdü. İqtidar-müxalifət qarşıdurması yüksək həddə catdı. 4. Bu vəziyyətdən istifadə etmək istəyən Rusiyayönümlü qüvvələr əsasən hərbicilər N. Paşinyanı devirməyə cəhd etdilər. Lakin Paşinyanın tərəfdarlarına müraciətindən sonra onların niyyəti baş tutmadı. ABŞ Departamentinin, Türkiyənin və BMT-nin Paşinyana dəstək verməsi son anda Rusiya prezidentinidə iqtidarı dəstəkləməsinə məcbur elədi. 5. Zəngəzur dəhlizinin acılması Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan istəsə Ermənistan ücün əlverişli geo-iqtisadi şərait yaradacaq. Zəngəzur dəhlizi sanksiyalardan boğulan Rusiya və İranın iqtisadi inkişafına təkan verəcək. Türkiyə-Azərbaycan və Orta Asiyanı iqtisadi, siyasi, mənəvi bağlığını möhkəmləndirəcək. Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı əks fəaliyyəti əsassızdır: əks təqdirdə Lacın dəhlizi Azərbaycan tərəfindən bağlanar və Xankəndində yaşayan erməni əhalisi oradan köçməyə məcbur olar.

Transqafqaz.com