Muxtariyyətə ehtiyac qalmır– Vasif Talıbov erasının sonudurmu?

26/09/21 10:32

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov karyerasının son akkordlarını vurur. 24saat.org xəbər verir ki, Ali Məclis sədrinin yaxın vaxtlarda istefaya göndəriləcəyi iddia olunur. Onu əvəzləyəcək şəxs isə olmayacaq.

İddialara görə, Vasif Talıbovun istefası referendumla mümkün olacaq. Ehtimal olunur ki,ümumxalq səsverməsi nəticəsində Naxçıvanın muxtariyyəti ləğv olunacaq. Bununla da Vasif Talıbovun karyerasına son qoyulacaq.

Lakin Naxçıvanın muxtariyyətinin ləğvi məhz Vasif Talıbovun istefaya göndərlməsi ilə bağlı deyil.

Bildirilir ki, yaxın vaxtlarda Azərbaycanda inzibati ərazi bölgüsü ilə bağlı mühüm dəyişikliklər həyata keçiriləcək. İcra hakimiyyətləri ləğv olunacaq. Rayonlar əyalət, yaxud quberniya şəklində birləşdirilicək. Rəbərlik isə seçki vasitəsilə müəyyən ediləcək. Bu prosesdə Naxçıvanın da muxtariyyətinin ləğvi təklif olunur. Bu, həm də Azərbaycanın Qarabağla bağlı apardığı siyasətlə əlaqədardır. 44 günlük müharibəki qələbədən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağda hər hansı statusdan söhbət gedə bilməz. Baxmayaraq ki, ermənilər və onların havadarları bu məsələni gündəmdə saxlayırlar. ATƏT Minsk Qrupunun hələ də saxlanılması, danışıqlar bu təsisat çərçivsəsində aparılması üçün Bakıya təzyiqlər edilməsi əslində Qarabağda ermənilərin istəyini təmin etməkdir. Əgər əvvəllər söhbət Qarabağda müstəqil dövlətdən gedirdisə, indi muxtariyyət məsələsi ortaya atılıb. Bu isə Azərbaycanın Konstitusiyasına ziddir. Konstitusiyada qeyd edilib ki, Azərbaycan unitar dövlətdir. Unitar dövlətlərin tərkibində isə muxtariyyət olmur. Naxçıvan Muxtar Respublikası müəyyən səbəblərdən istisna təşkil edirdi. Amma artıq o səbəblər aradan qaldırılmaqdadır. Azərbaycanın Zəngəzur dəhlizi məsələsində dirəniş göstərməsi Naxçıvanla Azərbaycanın faktiki birləşdirilməsi deməkdir ki, bu həyata keçirildikdən sonra muxtariyyətə ehtiyac qalmır. Prosesə ilin sonunda, yaxud növbəti ilin əvvəlində start veriləcəyi gözlənilir.

Transqafqaz.com