Nadir Şaha həsr olunmuş türk dilində kitabə.

21/11/23 4:39

Nadir yazısı – İranın Kəlat şəhərindəki Arğun şah qapısının girişində yerləşən, üzərində Nadir şah Əfşara həsr edilmiş mədhiyyə həkk olunan daş kitabədir. Mədhiyyə Nadir şahın saray şairi Gülbün Əfşar tərəfindən türk dilində yazılıb.

Bu kitabə Ərğvan şah qülləsindən təxminən 100 metr aralıda dağın sinəsinə Nadir şah Əfşarın əmri ilə 1776-ci ildə Nəstəlik xətti ilə və 24 beytdə yerdən 15 metr hündürlükdə həkk olunmuşdur ki, Kalat şəhərinə girən hər kəs onu oxuya bilsin.

Bu kitabədə Nadir şahın qəlbində tək Allaha olan inam və məhəbbətinin və qəlbinin sünni dininə olan həvəsinin olması qeyd olunur. 

Nadir şahın hökumətində qəbul edilən siyasətlərdən biri də türk dilinin rəsmi və hökumət səviyyəsində genişlənməsi idi. Bu, türk dilini təbliğ edən, onu diplomatiya səviyyəsində praktiki hala gətirən, türk dilini yazı dili kimi bərqərar edən Nadir şahın xüsusiyyətlərindən biri idi.

#Azerbaycaninguneyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir