NASA AZƏRBAYCANDA

02/10/23 10:36

NASA Azərbaycanda araşdırma aparmaq istəyir

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Azərbaycanda tədqiqatların aparılmasında maraqlıdır.

Bu barədə NASA-nın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Cim Rassel Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində məlumat verib.

“Azərbaycan kosmik coğrafiya baxımından yeni ölkədir. Bakıda keçirilən bu tədbir gənclər üçün əla stimul olacaq. Əminəm ki, Azərbaycan gəncləri arasında kosmik sahəyə maraq artacaq”, – NASA nümayəndəsi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir