NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, o, müasir dünyada böyük geosiyasi oyunçuların öz “təsir dairəsi” və kiçik qonşularının siyasətinə nəzarət etmək hüququna malik olması mövqeyini qəti şəkildə qəbuledilməz hesab edir. Bu barədə Transqafqaz.com “Avropa Həqiqəti”nə xəbər verir..
Şimali Atlantika Şurasının Riqada keçirilən iclasının ikinci günündən sonra keçirilən mətbuat konfransında Stoltenberqdən “Rusiyanın təsir dairəsi” ilə bağlı ifadənin harada səsləndiyi soruşulub.
“Sualın özü ondan ibarətdir ki, Rusiyanın “təsir dairəsi” var (…), Rusiya qonşularını kontrol edə bilər və yaxud Rusiyanın qonşuları nəyin etməli olduğu, nəyi etməməli olduğu məsələləri qəbuledilməzdir.
Böyük geosiyasi oyunçuların suveren müstəqil dövlətlərin etməli olduqları şeylərə məhdudiyyətlər qoya bildiyi bir dünyaya qayıtmaq istəmirik”, – deyə alyansın baş katibi cavab verib.
O, ölkəsi Norveçin də kiçik bir ölkə olduğunu və Rusiya ilə ümumi sərhədə malik olduğunu xatırladıb. Çox şadam ki, bir vaxtlar Rusiyan Norveçin nə edəcəyini və nəyi etməyəcəyinə qərar vermək hüququna malik olmayıb.
“Ukraynada da belədir. Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədləri olan müstəqil suveren ölkədir… NATO-nun suveren ölkəyə dəstəyinin “təxribat” adlandırılması fikri sadəcə olaraq yanlışdır. Bu, Ukrayna xalqının suverenliyinə və istəklərinə hörmətsizlikdir. Belə anlayış NATO-dan daha çox Rusiyaya aiddir.
NATO müdafiə ittifaqıdır. NATO heç kim üçün təhlükə deyil, Baltikyanı ölkələrin, Polşanın alyansa qoşulmaq qərarına hörmətlə yanaşıb. O, cümlədən NATO-ya üzv olmağa can atan Ukraynanın qərarına da hörmətlə yanaşır. Biz Ukraynanın üzv ölkə olacağını elan etdik, lakin təbii ki, 30 üzv dövlət Ukraynanın üzvlük üçün hazır olub-olmaması barədə qərar verməlidir”, – Yens Stoltenberq bildirib.
“Yalnız Ukrayna və NATO-nun 30 müttəfiqi Ukraynanın alyansa nə vaxt qoşulmağa hazır olduğuna qərar verməlidir. Rusiyanın bu məsələdə veto hüququ yoxdur və “təsir dairəsi” yaratmaq və qonşularına nəzarət etməyə cəhd etmək hüququ yoxdur”, – baş katib vurğulayıb. .
Çərşənbə günü, dekabrın 1-də Rusiya prezidenti Vladimir Putin ABŞ və digər NATO üzvləri ilə alyansın şərqə doğru genişlənməyəcəyini şərtləndirəcək kağız üzərində “konkret razılaşmalar” istədiyini söylədi. Putinin sözlərinə görə, Moskvanın hüquqi təminatlara ehtiyacı var, çünki “Qərbli həmkarlar öz şifahi öhdəliklərini yerinə yetirməyiblər”.