NATO Qara dənizdə hərbi gücünü artıracaq qərar qəbul etdi…

18/02/17 11:21

NATO Müdafiə Nazirləri toplantısında, NATO-nun Qara Dənizdəki hərbi varlığının artırılması qərara alınıb. Qara dənizdəki NATO varlığını artırmaq qərarı, Ankaranın çəkincələrinin ABŞ, Bolqarıstan və Rumıniya tərəfindən qəbul edilməsiə baş tutub.

Qara Dənizdəki HƏRBİ qüvvələr ARTIRILACAQ

Qara dənizdə Rus təyyarələrinin ABŞ gəmilərinin üzərindən alçaq uçuş etməsi səbəbindən iki ölkə arasında gərginliyin artdığı günlərdə ABŞ-dan NATO-ya kritik bir təklif gəlib. Brüsseldə keçirilən NATO Müdafiə Nazirlərinin toplantısında ABŞ, NATO-nun Qara Dənizdəki hərbi qüvvələrin sayının artırılması təklifi qəbul edilib.

TÜRKİYƏNİN də ŞƏRTLƏRİ QƏBUL Edildi

Toplantıda Türkiyəni təmsil edən Milli Müdafiə Naziri Fikri İşıq, Ankaranın məsələ ilə bağlı tərəddüdünü də masaya qoydu. Qara dənizdəki gəmilərin Rusiya ilə gərginliyi artıracaq hərəkətlərdən çəkinməsini istəyən Ankara, Qara Dənizdəki NATO varlığının Montro Sazişinin ruhuna uyğun olmasını və qurulacaq Qara Dəniz gücü üçün yeni bir komanda mərkəzi yaradılmasını istədi.

DAHA ÇOX NATO GƏMİSİ DAXİL OLACAQ

Brüsseldə qəbul olunan qərara görə, bundan sonra Qara Dənizə daha çox NATO gəmisi daxil olacaq. Bu gəmilərin komandanlığı alt nəzarəti isə İngiltərədə yerləşən Marcom Bazasından həyata keçiriləcək. Rusiya ilə mümkün gərginliyin qarşısını almaq üçün də, gəmilərin bütün hərəkətliliyi əvvəlcədən Türkiyəyə bildiriləcək.

Tətbiq etməyin May ayında keçiriləcək NATO dövlət başçıları zirvə görüşündən sonra faktiki olaraq başlaması bekleniyor. (Mənbə: Habertürk

Etiketlər: Rusya,nato,karadeniz,