Naxçıvan Muxtar Respublikasında 79 min 410 uşaq doğulub…

01/03/19 8:31

Son 10 ildə Naxçıvan Muxtar Respublikasında 79 min 410 uşaq doğulub.

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən il muxtar respublikada 5305 nəfər doğum qeydə alınıb, doğulanların 2795 nəfərini və ya 52,7 faizini oğlanlar, 2510 nəfərini və ya 47,3 faizini isə qızlar təşkil edib. Doğulanlardan 52-si əkiz, 1-i isə üçəm olub.

Ötən il muxtar respublikada doğulan oğlanlarda Yusif, Əli, Məhəmməd, Hüseyn və Uğur, qızlarda isə Zəhra, Fatimə, Zeynəb, Damla və Məryəm adları üstünlük təşkil edib.

1 yanvar 2019-cu il tarixə muxtar respublikada gənclərin sayı 140 min 477 nəfərə çatıb ki, bu da ümumi əhalinin 30,8 faizini təşkil edir.

Qeyd edək ki, Naxçıvan əhalisi arasında ölüm göstəricisi də azalıb.

Transqafqaz.com