Nefti sudan ucuz dünya…

21/04/20 10:09

Post korona dövrü barədə danışmaq, proqnoz vermək çox çətindir. Çünki bu cür hoqqanın oxşarını, nümunəsin bəşəriyyət görməyib, görsədə yaddaşında saxlamayıb. Ən pisidə odur ki, “Əri döymüş arvadı it də bir yandan tutdu”. Yəni neft də SUDAN ucuz oldu. Su demiş, demədi deməyin, post korona dövründə bizi müjdələyəcək məsələlərdən biri də SU olacaq. İnsanlar “sudan qiymətli başın üçün ”deyəcəklər. Su nefdən baha olacaq. Ona görə hələ tələsməyək nefti su ilə müqaisə etməyə. Ən ibrətamiz hal isə insanlarımızın neftin qiymətinin bu şəkildə düşməsinə sevinməsidir. Bu halın özü də bir situasiyadır ki uzantısı, son parlament seçkilərindən tutmuş, Əli Kərimlinin ətrafında cərəyan edən hadisələr qarışıq, Putinin “SSRİ-nin bərpası” istəklərinə qədər gedib çıxır. Amma Rusiyanın; “Gürcüstan və Ukraynadan başqa digər postsovet ölkələrini yenidən özünə birləşdirəcək fikri” heç real görünmür. Mənə elə gəlir ki, Rusiyanın bundan da vacib qorxulu röyası var.Uzaq Şərqdə Çin qorxusu. 1.5 milyard əhalis, dünyanın ikinci ordusu və Rusların sahib olduqları nüvə arsenalında da az olmayan silahı, gücü. Ruslar neyləyəcək?
Çini isə ora sövq edən boş torpaqlar və neftddən də qiymətli su, zəngin təbii ehtiyatlar və.s
Əlbətdə Putin o sözləri boşuna demir. Ətrafında cərəyan edən hadisələri yaxşı anlayır. Dünyaya mesajlarını SSRİ-nin bərpası istəkləri ilə çatdırır. Putin gözəl anlayır ki, neftin su ilə müqayisəsi nə deməkdir. Gəlin bizdə düşünək ki əcəba, nefti, qazı olmayan qonşularımızın vəziyyəti yaxşıdır ? yoxsa bizim…

Qələndər Muxtarlı